Icma.az
close
up
RU
AzMİU da “Elmdə addımlar: TEC günləri” çərçivəsində “Gələcəyin qurucuları” layihəsinə başlanılıb

AzMİU da “Elmdə addımlar: TEC günləri” çərçivəsində “Gələcəyin qurucuları” layihəsinə başlanılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Elmdə addımlar: TEC günləri” çərçivəsində tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Gələcəyin qurucuları” adlı yeni layihənin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihənin ilk günü keçirilən sessiyalar öyrədici, maarifləndirici və praktik yönümlü tədbirlərlə yadda qalıb. Gündəlik proqram çərçivəsində “Dashyunu” MMC, “İZOFASAD” MMC, “Penoplex” və “HOLCİM” kimi tikinti sektorunun aparıcı şirkətlərinin nümayəndələri tələbələrlə görüşərək müasir tikinti materialları və texnologiyalar barədə ətraflı təqdimatlar ediblər.

Universitetin həyətində təşkil olunan xüsusi yarış isə layihəyə əlavə rəng qatıb. İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrindən 40 tələbə (hər fakültədən 20 nəfər) bu yarışa qoşulub. Yarışda 8 komanda iştirak edib və hər komanda 5 tələbədən ibarət olub. Komandalar inşaat və izolyasiya sahəsində ixtisaslaşmış şirkət nümayəndələrinin hazırladığı tapşırıqları müəyyən vaxt çərçivəsində yerinə yetirməyə çalışıblar.

Yarış zamanı tələbələr müxtəlif praktik fəaliyyətlərlə məşğul olub, real iş şəraitinə yaxın simulyasiyalar vasitəsilə bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı nəticə göstərən tələbələrə şirkətlər tərəfindən hədiyyələr təqdim olunub. Bu yarış tələbələrin həm komanda ruhunu gücləndirib, həm də nəzəri biliklərini praktikaya tətbiq etmələri baxımından faydalı olub.

Mayın 14-də layihə “HOLCİM Academy” nümayəndəsinin təqdimatında keçiriləcək təlimlə davam edəcək. Təlim zamanı tələbələr sement və tikinti texnologiyalarındakı yeniliklərlə tanış olacaqlar. Ardınca “GEOTEST” MMC tərəfindən təşkil olunacaq sessiyalarda geotexniki araşdırmalar və torpaq mühəndisliyi sahəsində praktik biliklər tələbələrlə paylaşılacaq.

Mayın 15-də isə İnşaat konstruksiyaları kafedrasının müdiri professor Muxlis Hacıyev tələbələr üçün təlim keçirəcək. Daha sonra universitetin müasir laboratoriyalarında tələbələrlə birgə sınaqlar aparılacaq.

“Gələcəyin qurucuları” layihəsi sənaye və universitet arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin real iş mühiti ilə tanış olması və gələcək peşəkar inkişaflarına dəstək verilməsi baxımından önəmli təşəbbüsdür. Layihə gənclərə bilik, təcrübə və motivasiya qazandırmaqla onların gələcəyinə dəyərli töhfə verir, sənaye və universitet əməkdaşlığının bariz nümunəsi kimi çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri