Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb

AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Quba şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Archivision Urban Camp 3” layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və “Memarlıq və Şəhərsalma İli”nə həsr olunan düşərgənin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Rəsmi açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev “Beynəlxalq təcrübələr” mövzusunda məruzə ilə çıxış edərək gənclərə beynəlxalq platformalarda iştirak imkanları, qlobal əməkdaşlıq perspektivləri və peşəkar inkişaf yolları barədə ətraflı məlumat verib. O, bu kimi təşəbbüslərin Azərbaycan gənclərinin dünya miqyasında rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxışında layihənin strateji əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, belə düşərgələr tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə iştirak edən “Seranit” şirkətinin texniki təlim və tətbiqlər müdiri Faruk Ataer sahə üzrə beynəlxalq təcrübə və innovativ yanaşmalar barədə təqdimatla çıxış edib. O, müasir materialların tətbiqi, texnoloji yeniliklərin memarlıq və dizayn prosesində rolu haqqında iştirakçılara geniş məlumat verib.

Düşərgənin ilk günü çərçivəsində iştirakçılar üçün “Memarlıq və dizaynda konsepsiyanın formalaşdırılması” mövzusunda təlim təşkil olunub. Təlim AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi Əli Əliyev tərəfindən interaktiv formatda keçirilib. Sessiyada memarlıq və dizayn prosesində ideyanın yaranması, konseptual yanaşmanın formalaşdırılması, layihələrin funksional və estetik baxımdan düzgün qurulması prinsipləri izah olunub. Praktiki tapşırıqlar vasitəsilə iştirakçılar əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar. Proqram çərçivəsində keramika üzərində rəngləmə üzrə master-klass təşkil olunub. İştirakçılar komandalara bölünərək keramika nümunələri üzərində işləyiblər.

Düşərgə çərçivəsində keçirilən növbəti maarifləndirici sessiya “Seramik və porselen: texniki xüsusiyyətlər və istifadə sahələri” mövzusuna həsr olunub. Təlimçi Faruk Ataer iştirakçılara keramika və porselen materialların istehsal prosesi, texniki göstəriciləri, davamlılıq xüsusiyyətləri və müxtəlif sahələrdə tətbiqi barədə məlumat verib. Sessiya zamanı memarlıq və dizayn layihələrində bu materialların düzgün seçimi ilə bağlı praktiki tövsiyələr səsləndirilib, iştirakçıların sualları cavablandırılıb.

Maarifləndirici sessiyalar silsiləsi çərçivəsində daha bir təlim Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Aysel Kərimli tərəfindən keçirilib. “Bakı şəhərinin inkişaf yolu: keçmişi, bu günü və gələcəyi” mövzusunda təşkil olunan sessiyada paytaxtın tarixi inkişaf mərhələləri, müasir urbanizasiya prosesi və gələcək şəhərsalma perspektivləri təqdim olunub. Eyni zamanda, şəhər mühitinin planlaşdırılması, davamlı inkişaf yanaşmaları və müasir memarlıq həlləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Archivision Urban Camp 3” düşərgəsi gənc memar və dizaynerlər üçün nəzəri biliklərin praktiki tətbiqi, yaradıcılıq potensialının üzə çıxarılması və komanda işinin inkişafı baxımından mühüm platforma rolunu oynayır. Layihə iştirakçıların peşəkar bacarıqlarının artırılmasına, beynəlxalq təcrübəyə inteqrasiyasına və müasir şəhərsalma düşüncəsinin formalaşmasına əhəmiyyətli töhfə verir. Bu cür təşəbbüslər ölkədə memarlıq və urbanistika sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsi baxımından xüsusi strateji əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri