Icma.az
close
up
RU
““AzParking” işçilərinin gündə cəmi 1 dəfə təbii ehtiyaclarının ödəmək icazəsi var

““AzParking” işçilərinin gündə cəmi 1 dəfə təbii ehtiyaclarının ödəmək icazəsi var

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"AzParking" MMC-nin işçisi əmək şəraiti ilə bağlı narazılığını bildirib.

Sosial şəbəkələrdə yayılan videoya əsasən, əməkdaş bildirir ki, təbii ehtiyaclarının ödənilməsi ilə bağlı gündə cəmi 1 dəfə icazə var:

"Bir qarın çörəyə görə digər bələdçilər də sakit qalırlar". 

Bəs bu iddialar nə dərəcədə düzgündür? 

Məsələ ilə bağlı Milli.Az-a "AzParking" MMC-nin məsul şəxsi İsmayılova Höküməxanım bildirib ki, sözügedən məlumatların həqiqəti əks etdirməyib, qərəzli xarakter daşıyır:

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam qorunur. Parklanma xidməti üzrə bələdçilərimiz növbəli qrafiklə çalışırlar:

​Birinci növbə: 07:00 - 14:30
​İkinci növbə: 14:30 - 22:00

İş günü ərzində 1 saat nahar fasiləsi təmin edilir. Əməkdaşlarımız fasilələrdən sərbəst istifadə etmək hüququna malikdirlər. Onu da qeyd edək ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət tərəfindən heç bir məhdudiyyət qoyulmamış, rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməmişdir, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilmişdir.

Bayram günlərində işə çıxan əməkdaşlarımıza qanunvericiliyə uyğun şəkildə və normalar daxilində əmək haqqı ödənilir. Bütün əməkdaşlar ödənişli və ödənişsiz məzuniyyət hüququna sahibdirlər. ​Şirkət sosial məsuliyyət prinsiplərinə uyğun olaraq həssas əhali qruplarından işə qəbul həyata keçirir. Komandamızda çoxuşaqlı ailə başçıları, övladını tək böyüdən atalar, təhsilini davam etdirən tələbələr və əlilliyi olan şəxslər çalışır. Onların bir çoxu digər şirkətlərdə iş tapa bilmədiyi halda "AzParking" ailəsinə qoşularaq iş sahibi olmuşlar".

Şirkətdən yayılan videoda səslənən iddialara cavab olaraq isə qeyd olunub ki, audit əməkdaşlarının vətəndaşların sessiyalarını bağlaması barədə iddia həqiqəti əks etdirmir:

"Audit əməkdaşlarının belə bir səlahiyyəti yoxdur, sessiyalar yalnız sistem üzərindən və tam izlənilə bilən şəkildə idarə olunur.Baş bələdçilərin işə qəbul edilmə prosesi barədə iddia reallığa uyğun deyil. Baş bələdçi daxili dəyərləndirmə nəticələri, performans göstəriciləri, liderlik və komanda idarəetmə kompetensiyalarına əsasən seçilir. İpatrul sürücülərinin işə götürülməsi barədə iddia əsası yoxdur. İpatrul sürücüləri müsahibə və sənədləşmə yolu ilə işə qəbul olunur.
"AzParking" MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək, eyni zamanda əməkdaşlarımızın hüquqlarını qorumaqdır. Qərəzli məlumatlara faktlarla cavab verəcək, fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsipləri üzərində davam etdirəcəyik".

Aysel Əkbər
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri