AZPROMO: Biz ECO regionu çərçivəsində əməkdaşlığı genişləndirməliyik
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şuşa, 2 iyul, AZƏRTAC
ECO regionu çərçivəsində əməkdaşlığı genişləndirmək və şaxələndirmək üçün biz bir neçə əsas istiqamətə diqqət yetirməliyik.
AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Şuşada keçirilən 6-cı ECO Biznes Forumunda deyib.
O qeyd edib ki, AZPROMO sektorlararası sinerjiləri müəyyən etməyə, bazarlarda istehsalçıları, təchizatçıları və alıcıları birləşdirməyə kömək etməyə hazırdır.
“Biz bərpaolunan enerji, rəqəmsal texnologiyalar, infrastruktur və aqrobiznes sahələrində dayanıqlı transsərhəd investisiyaları artırmalıyıq. Son illər əlverişli investisiya mühiti və aparılan biznes islahatları sayəsində qeyri-neft sektorlarımıza bu axın artmaqda davam edib. İxracatçılarımızı dəstəkləmək yeni alətlər hazırlayır, xüsusən də ixrac coğrafiyasının şaxələndirilməsinə diqqət yetiririk. Biz dövlət-özəl dialoqunu dərinləşdirməliyik. Bugünkü kimi tədbirlər hökumətlərin, biznes assosiasiyalarının və sahibkarların birlikdə praktik məqsədləri formalaşdırdığı müntəzəm məkanlara çevrilməlidir”, - deyə Yusif Abdullayev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















