Icma.az
close
up
RU
Azərbaycanın ECO çərçivəsində əməkdaşlığı: Regional inkişaf yolunda mühüm addımlar

Azərbaycanın ECO çərçivəsində əməkdaşlığı: Regional inkişaf yolunda mühüm addımlar

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində əməkdaşlığı ölkənin regional və beynəlxalq iqtisadi münasibətlər sistemindəki fəal rolunu əks etdirir. ECO-ya 1992-ci ildən üzv olan Azərbaycan təşkilat daxilində həyata keçirilən bir sıra təşəbbüslərdə fəal iştirak edir və üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə həyata keçirilən birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır.

AZƏRTAC təşkilatın fəaliyyətinə və Azərbaycanın bu qurumun inkişafına verdiyi töhfələrə bir daha nəzər salır.

1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” adı ilə yaradılan təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adını alaraq fəaliyyətini daha da genişləndirib. ECO-ya üzv olduqdan sonrakı illər ərzində Azərbaycan təşkilatın fəal iştirakçılarından birinə çevrilib, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa müvəffəq olub.

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr önəmli yer tutur. Prezident İlham Əliyev bununla bağlı çıxışı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Azərbaycanın ECO-dakı iqtisadi təşəbbüsləri və regional liderlik rolu

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında iqtisadi təşəbbüsləri və regional liderlik rolu ölkənin son illərdə artan iqtisadi gücü, strateji mövqeyi və çoxşaxəli diplomatik fəallığı fonunda ön plana çıxır. Azərbaycan regionda ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü təşəbbüslərlə ECO məkanında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Təşkilatın fəal və etibarlı üzvü olan Azərbaycan regionda bir sıra təşəbbüslərlə çıxış edir və ECO çərçivəsində reallaşdırılan layihələrdə mühüm mövqeyə malikdir.

ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir.

Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Xüsusilə enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən əməkdaşlıq təşəbbüsləri ölkəmizin regional və beynəlxalq rolunu daha da gücləndirib. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq, regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. Ölkəmiz ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə uğurla ev sahibliyi edib. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Həmin zirvə görüşlərində Azərbaycanın təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər və davamlı inkişaf mövzularında önəmli sənədlər qəbul olunub. Bu da Azərbaycanın ECO daxilində təşəbbüskar və regional lider statusunu bir daha təsdiqləyib.

Enerji və nəqliyyat sahələrində əməkdaşlıq: Azərbaycanın strateji rolu

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Ölkənin zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionun əsas tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır.

Bu gün nəqliyyat sahəsində də Azərbaycanın ECO regionunda aparıcı aktor kimi çıxış etdiyini əminliklə deyə bilərik. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.

Prezidentin bu çıxışı Azərbaycan dövlətinin nəqliyyat sektoruna verdiyi strateji önəmi və region ölkələri ilə əməkdaşlığa göstərdiyi səyləri aydın şəkildə ifadə edir. Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca əlaqələrin genişləndirilməsi ECO məkanında logistik qovşaq rolunu daha da möhkəmləndirir. Bu da üzv dövlətlər arasında ticarətin asanlaşdırılması və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.

Bundan əlavə, Azərbaycan ECO çərçivəsində yaşıl enerji təşəbbüslərinə də böyük önəm verir. Son dövrlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçün “Təmiz Enerji Mərkəzi”nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur.

Azərbaycan ECO çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində çoxşaxəli maraqlara sahibdir. Bu maraqlar həm iqtisadi, həm geosiyasi, həm də mədəni və sosial sahələri əhatə edir.

İlk növbədə, Azərbaycan ECO ölkələri ilə ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Ölkəmiz regionda ticarətin asanlaşdırılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, sərmayə mühitinin yaxşılaşdırılması və sənaye əməkdaşlığının gücləndirilməsi kimi təşəbbüslərlə çıxış edir.

Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir.

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinin cari ildə Azərbaycanda keçirilməsi qərarı ölkəmizin bu nüfuzlu regional qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Bakıda baş tutması Azərbaycanın Təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq.

Beləliklə, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqları kompleks və strateji xarakter daşıyır, bu təşkilatla əlaqələrin inkişafı ölkənin regional və beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri