Icma.az
close
up
RU
“AZSET in hədəfi gələcəyin texnologiya liderlərini yetişdirməkdir”

“AZSET in hədəfi gələcəyin texnologiya liderlərini yetişdirməkdir”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın mühəndislik təhsilində yeni mərhələ hesab olunan “AZCON” Mühəndislik və Texnologiya Məktəbi – AZSET qısa müddətdə həm tələbələrin, həm də sənaye nümayəndələrinin diqqətini cəlb edib. Bu innovativ bakalavr proqramı beynəlxalq standartlara uyğun mühəndis hazırlığını hədəfləyir.

“Qafqazinfo” AZSET-in yaranma məqsədi, fərqləndirici xüsusiyyətləri, tələbələrə təqdim etdiyi imkanlar və gələcək hədəfləri barədə proqramın baş məsləhətçisi Lətifə Nəsibovanın müsahibəsini təqdim edir: 

-Lətifə xanım, AZSET necə yarandı və əsas məqsədi nədir?

- Bu gün bütün dünyada texnoloji inkişafın əsas hərəkətverici qüvvəsi insan kapitalıdır. Süni intellekt, proqram təminatı, data analitikası, kibertəhlükəsizlik və ümumilikdə texnologiyalar sahələrində baş verən sürətli dəyişikliklər ali təhsil sistemindən də yeni yanaşmalar tələb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 -2028-ci illər üçün Fəaliyyət Planı”nda da bu istiqamətlərdə yüksəkixtisaslı insan kapitalının hazırlanması dövlətin əsas prioritetləri kimi müəyyən olunub. AZCON Mühəndislik və Texnologiya Məktəbi – AZSET məhz bu ehtiyacdan irəli gələrək yaranıb.

Proqram “AZCON Holding” və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı, Almaniyanın Münhen Texniki Universitetinin (TUM) akademik dəstəyi ilə həyata keçirilir. Məqsədimiz yalnız nəzəri biliklərə malik məzunlar hazırlamaq deyil. Biz sənayenin ehtiyaclarını anlayan, müasir texnologiyalarla işləməyi bacaran, analitik düşüncə tərzinə sahib, qlobal əmək bazarında rəqabət apara biləcək yeni nəsil mühəndislər yetişdirməyi hədəfləyirik.

-AZSET-i digər bakalavr proqramlarından fərqləndirən əsas üstünlüklər hansılardır?

- AZSET-in əsas üstünlüyü onun beynəlxalq standartlara əsaslanan, sənaye ilə sıx inteqrasiya olunmuş təhsil modeli olmasıdır. Proqramın akademik məzmunu dünyanın mühəndislik sahəsində ən yaxşı 20 ali təhsil müəssisəsi sırasında yer alan Münhen Texniki Universitetinin dəstəyi ilə hazırlanıb. “TUM” professorları mütəmadi olaraq tədris prosesində iştirak etməklə yanaşı, müəllimlər üçün təlimlər keçəcəklər. AZSET klassik təhsil modelindən fərqli olaraq akademik bilikləri praktiki tətbiqlə birləşdirir. Hesab edirik ki, müasir mühəndis yalnız auditoriyada formalaşmır. Ona görə də tədris prosesində sənaye nümayəndələrinin iştirakı, praktiki tapşırıqlar, layihə işi və innovativ yanaşmalar xüsusi yer tutacaq. Tələbələr “AZCON Holding”in tərkibində fəaliyyət göstərən şirkətlərdə təcrübə keçə və real layihələrdə iştirak edə biləcəklər. Hər bir tələbənin öz mentorunun olması nəzərdə tutulur. Bu model tələbələrin məzun olduqdan sonra əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradacaq.

Digər mühüm üstünlük proqramın tam ödənişsiz və ingilis dilində olmasıdır. Həmçinin fərqlənən tələbələr Almaniyada təşkil olunan yay məktəbində iştirak imkanı əldə edəcəklər.Tələbələr məzun olduqda Azərbaycan Texniki Universitetinin bakalavr diplomu ilə yanaşı, “TUM International GmbH” tərəfindən təqdim olunan sertifikat da əldə edəcəklər. Bu isə onların beynəlxalq akademik və peşəkar mühitdə rəqabət qabiliyyətini artıracaq.

- AZSET-də təhsil tələbələrə gələcək karyera baxımından hansı üstünlükləri qazandıracaq?

-Müasir əmək bazarında işəgötürənlər artıq yalnız diplomu deyil, real bacarıqları qiymətləndirirlər. Bu gün texnologiya şirkətləri proqramlaşdırma bilikləri ilə yanaşı, analitik düşüncə, komanda işi, layihələrin idarə olunması, ingilis dili və beynəlxalq mühitdə işləmək bacarığı olan mütəxəssislərə üstünlük verirlər. AZSET proqramı da məhz bu tələblər nəzərə alınaraq hazırlanıb. Qeyd etdiyim kimi, tələbələr təhsil müddətində real layihələr üzərində işləyəcək, sənaye mütəxəssisləri ilə əməkdaşlıq edəcək və gələcək peşə fəaliyyətlərində istifadə edəcəkləri praktiki bacarıqları hələ universitet illərində əldə edəcəklər. Bundan əlavə, “AZCON Holding”in geniş ekosistemi tələbələrə təcrübə proqramlarında iştirak etmək, müxtəlif texnologiya layihələrində çalışmaq və gələcək məşğulluq imkanlarını artırmaq baxımından mühüm üstünlüklər təqdim edir. Məqsədimiz məzunlarımızın yalnız Azərbaycanda deyil, beynəlxalq əmək bazarında da uğurla fəaliyyət göstərə bilmələridir.

- Hazırda kimlər AZSET-ə müraciət edə bilər və qəbul prosesi necə həyata keçirilir?

-Azərbaycanın ali təhsil müəssisələrində əyani formada təhsil alan, texniki və ya təbiət elmləri istiqamətləri üzrə birinci kursu bitirən tələbələr azsetedu.az saytı vasitəsilə müraciət edə bilərlər. İmtahan əsasında qəbul olunan tələbələr təhsillərini ikinci kursdan etibarən AZSET-də davam etdirəcəklər. Namizədlərdən yüksək akademik göstəricilər və minimum B2 səviyyəsində ingilis dili biliyi tələb olunur. Qəbul prosesi ilkin uyğunluğun qiymətləndirilməsi, daxili imtahan və müsahibə mərhələlərindən ibarətdir.

Hazırda qəbul kompüter elmləri ixtisası üzrə həyata keçirilir. Bu istiqamətin seçilməsi təsadüfi deyil. Rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt, proqram təminatı, data analitikası və kibertəhlükəsizlik kimi prioritet sahələr məhz kompüter elmləri üzrə peşəkar mütəxəssislərə artan tələbat yaradır.

- Qeydiyyatla bağlı son vəziyyət necədir və namizədlərə nə demək istəyərdiniz?

-AZSET proqramına göstərilən maraq bizi çox sevindirir. Qısa müddət ərzində müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən çoxsaylı müraciətlər daxil olub. Namizədlərin müraciətlərini tamamlaya bilmələri üçün qeydiyyat müddətini 20 iyul tarixinədək uzatmışıq. Texnologiya sahəsində beynəlxalq standartlara uyğun, tam ödənişsiz təhsil almaq, Münhen Texniki Universitetinin akademik dəstəyi ilə hazırlanmış proqram üzrə oxumaq, “AZCON Holding” ekosistemində praktiki təcrübə qazanmaq və gələcəyini mühəndislik sahəsində qurmaq istəyən gəncləri bu imkandan yararlanmağa dəvət edirik.

İnanırıq ki, proqramın məzunları yüksəkixtisaslı mühəndislər kimi formalaşacaq, ölkənin rəqəmsal inkişafına töhfə verəcək və əmək bazarında uğurla fəaliyyət göstərəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyul 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri