“Aztelekom” çağrı xidmətlərini vahid “170” Çağrı mərkəzində birləşdirir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
“Bakı Telefon Rabitəsi” MMC də daxil olmaqla bir sıra qurumların 2025-ci ildə “Aztelekom” MMC-yə birləşdirilməsi səbəbindən çağrı xidmətləri vahid platformada təqdim olunacaq.
Belə ki, “155” xidməti mərhələli şəkildə “170” Çağrı mərkəzinə inteqrasiya olunur.
Məlumat üçün bildirək ki, 2 mart 2026-cı il tarixindən etibarən “155” nömrəsinə daxil olan zənglər avtomatik olaraq “170” Çağrı mərkəzinə yönləndiriləcək. 1 aprel 2026-cı il tarixindən etibarən isə “155” xidmətinin fəaliyyəti tam dayandırılacaq.
Qeyd edək ki, bu dəyişiklik telekommunikasiya xidmətlərinin daha səmərəli və operativ təşkili, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri... Qərar
21 Aprel 2026 17:15
“108” Çağrı Mərkəzində çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarına xidmət göstəriləcək
21 Aprel 2026 17:11
Çağrı İşıqlıoğlunun Bakı səfəri
19 Dekabr 2024 16:22
Kılıçdaroğluna kritik çağrı KONKRET
11 Sentyabr 2025 23:25
Çağrı Mərkəzi fəaliyyət saatlarında dəyişiklik
14 Noyabr 2024 13:36
Baxış sayı:73
Bu xəbər 23 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















