Icma.az
close
up
RU
Aztəminatlı və işsiz vətəndaşların tibbi xidmətə çıxışı məhdudlaşdırılır Sosioloqdan sərt etiraz

Aztəminatlı və işsiz vətəndaşların tibbi xidmətə çıxışı məhdudlaşdırılır Sosioloqdan sərt etiraz

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin 11 faiz azaldılması nəzərdə tutulur. Layihəyə əsasən, gələn ildən etibarən əmək və ya mülki müqavilə əsasında işləməyən, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yalnız ödənişli əsaslarla istifadə edə biləcəklər. Bu dəyişiklik aztəminatlı və işsiz vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarını məhdudlaşdıra bilər. 

Aztəminatlı və işsiz əhalinin tibbi xidmətlərə çıxışının məhdudlaşması hansı sosial nəticələrə gətirib çıxara bilər?

Moderator.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, bu qərar sadəcə tibbi xidmətlərə çıxışı məhdudlaşdırmır, birbaşa olaraq işsiz və imkansız şəxslərin tibbi xidmət almaq hüququnu qadağan edir:

“Bu qərarın  nə iqtisadi, nə sosial, nə də məntiqi əsası var. Dövlət işlə təmin etmədiyi vətəndaşları faktiki olaraq “ölümə” tərk edir, onları tibbi xidmətdən məhrum edir. Belə qərar yalnız o halda verilə bilərdi ki, ölkədə işsizlik problemi olmasın. Amma Azərbaycanda  işsizlik səviyyəsi dünyada ən yüksək göstəricilərdən biridir — əhalinin təxminən 20–30 faizi iş tapa bilmir, heç bir gəliri yoxdur. Belə vəziyyətdə işsiz insanlardan icbari tibbi sığorta haqqı tələb etmək absurddur. Pulu olmayan adamdan necə sığorta haqqı istənilə bilər? Dövlətin əsas vəzifəsi  məhz bu kimi aztəminatlı qrupların minimal ehtiyaclarını qarşılamaqdır. Dövlət ümumi fondlardan gəliri olmayan, əlil və işsiz vətəndaşların heç olmasa əsas tələbatlarını ödəməlidir. Bu, bütün dünyada belədir. Tibbi xidmət almaq insanın konstitusion hüququdur. Ancaq ölkədə hər kəs işlə təmin olunduqdan sonra bu barədə düşünmək olar ki, kiminsə öz istəyi ilə işləməməsinə görə tibbi xidmət göstərilməsin. Lakin bu gün yüz minlərlə insan işləmək istəyir, lakin iş tapa bilmir. Tapdıqları işlər də əsasən mövsümi və ya müvəqqəti xarakter daşıyır, sabit gəlir gətirmir. Belə olan halda, onların icbari tibbi sığorta haqqı ödəməsi mümkün deyil. Bu qərar cəmiyyətdə sosial ədalətsizliyi daha da dərinləşdirəcək. Bu, birbaşa sosial hüquqlardan məhrumetmə prosesidir. İnsanların ən elementar hüququ — tibbi xidmət almaq hüququ əllərindən alınır.  Nəticədə vətəndaş tam müdafiəsiz qalır, xəstələnərsə, sadəcə evində ölməlidir. Bu, biabırçılıqdır və müasir dünyada analoqu yoxdur”.

Sosioloq onu da xatırladıb ki, sovet dövründə səhiyyə tam pulsuz idi və heç bir sığorta haqqı tutulmurdu:

“O vaxt tibbi xidmət hər kəs üçün tam pulsuz idi. İndi isə həm işləyənlərdən sığorta haqqı tutulur, həm də bu vəsait hesabına işləməyənlərə xidmət göstərilməli olduğu halda, əksinə, onlar sistemdən kənarlaşdırılır. Əgər bu xidmət təmin olunmursa, o zaman icbari tibbi sığorta sistemini ümumiyyətlə ləğv etsinlər. Dünyada dövlət büdcəsinin gəlirləri xalqın soyulması hesabına formalaşmır. Büdcə istehsaldan, ixracdan, iqtisadi artımdan gələn gəlirlər hesabına təmin olunmalıdır. Ölkədə istehsal və azad rəqabət mühiti yaradılmalı, məşğulluq problemi həll olunmalıdır ki, insanlar heç olmasa öz pulları ilə tibbi xidmət ala bilsinlər. Hazırda səhiyyə sistemində vəziyyət onsuz da olduqca ağırdır. Onsuz da bizdə tibbi xidmət çox bahadır, dərmanlar dünyanın əksər ölkələrindən baha və əlçatmazdır. İcbari tibbi sığorta sistemindən də çox az adam real şəkildə yararlana bilir. İnsanlar illərlə sığorta pulu ödəyirlər, amma xidmətdən istifadə edə bilmirlər. Çünki günlərlə, həftələrlə növbələrdə sürünmək, əlavə xərclərlə üzləşmək məcburiyyətində qalırlar. Bu, normal sistem deyil.  Səhiyyə sahəsində idarəetmədə də ciddi çaşqınlıq hökm sürür. Bu gün səhiyyə sistemində üç ayrı dövlət qurumu fəaliyyət göstərir — Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi. Dünyada belə bir model yoxdur. Bir sahədə üç müxtəlif idarəetmə orqanı necə ola bilər? İnsanlar artıq başa düşə bilmir ki, hansı xəstəxana kimə tabedir, kimə müraciət etməlidir. Səhiyyə sahəsi tam xaotik vəziyyətdədir. Qiymətlər süni şəkildə şişirdilir, sığorta fondu vasitəsilə toplanan vəsaitlər səmərəsiz xərclənir. İnsanlar sığorta ödədiyi halda yenə də özəl klinikalarda xidmət almağa məcbur qalır”.

Sosioloq sonda vurğulayıb ki, dövlətin ən mühüm vəzifəsi vətəndaşların sağlamlığını qorumaqdır:

“Dünyanın ən sərt kapitalist ölkələrində belə, işsizlərin elementar tibbi xidmətlərə çıxışı var. Bizdə isə işləyən hər kəs tibbi və işsizlik sığortasına pul ödəyir, amma həmin vəsaitlər imkansızların müalicəsinə yönəldilmir. Bu, sosial ədalətin açıq şəkildə pozulmasıdır. Hazırda işləməyən şəxslər faktiki olaraq tibbi xidmətlərdən istifadə edə bilmirlər.  Faktiki olaraq ölkədə geniş miqyasda işsizlik mövcuddur. İşsiz insanlar gəlir əldə edə bilmir, gəlir olmayan adam isə ayda 176 manat icbari tibbi sığorta haqqını haradan ödəyəcək? Ölkənin gəlirləri artdıqca, əhalinin sosial vəziyyəti pisləşməməli, hüquqları məhdudlaşdırılmamalıdır. Son illərdə kommunal xidmətlər, nəqliyyat, ərzaq bahalaşır, cərimələr və rüsumlar artır, amma xalqdan əlavə gəlir toplamaq məqsədilə bu sistem işlədilir. Dövlət istehsal yaratmalı, iqtisadiyyat inkişaf etməli, insanlar işləməli və gəlir əldə etməlidir. Beləliklə, həm dövlət xərclərini qarşılamalı, həm də əhalinin rifahını təmin etməlidir. Bu, bütün dünyada qəbul edilmiş normal qaydadır”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri