Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

AzTU nun “Brend tələbə”ləri mükafatlandırıldı FOTO

AzTU nun “Brend tələbə”ləri mükafatlandırıldı FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Modern.az xəbər verir ki, tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov, dekan müavinləri, universitetin digər əməkdaşları və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Tədbirdə açılış nitqini Mehti Namazov edib:

"AzEdu.az artıq 3 ildir bu layihə ilə çıxış edir və bu, olduqca təqdirəlayiqdir. Bu sayədə tələbələr həm akademik, həm də ictimai fəaliyyətləri ilə örnək olurlar. Qalib olanları bir daha universitet adından təbrik edirik".

Elşad Eyvazlı tələbələrə uğurlar arzu edib:

"Layihə tələbələr arasında səmərəli rəqabət mühiti yaratmaq və onların bilik, bacarıqlarını təkmilləşdirmək məqsədini daşıyır. Bu proses həm gənclərin öz potensialını kəşf etməsinə şərait yaradır, həm də abituriyentlər üçün əlavə motivasiya mənbəyinə çevrilir. Qalib olmuş bütün tələbələrə həmişə "brend" olmağı arzu edirəm".

AzEdu.az-ın baş redaktoru Ləman Novruzova çıxışı zamanı tələbələri təbrik edib:

"Layihədə iştirakçıların sayının artması ali təhsil müəssisələrinin həm layihəyə, həm də onu həyata keçirən quruma göstərdiyi etimadın bariz göstəricisidir. Təşəbbüsün əsas məqsədi tələbələrin akademik və şəxsi nailiyyətlərini ictimaiyyətə təqdim etməklə gənclərin daha fəal, məqsədyönlü və müasir düşüncəli fərdlər kimi formalaşmasına dəstək olmaqdır. Göstərilən etimada görə rəhbərliyə səmimi təşəkkürümü bildirirəm".

AzTU-nun humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev:

"Tələbələr bizim fəxrimiz, iftixar yerimizdir. Ümumiyyətlə, ali məktəblər təkcə təhsil verməklə hökmlü deyil. Azad ölkənin hər bir vətəndaşı müstəqil, yaradıcı düşüncə qabiliyyətinə malik olmalıdır. Bu, zəruri addımdır və layihə vasitəsilə gerçəkləşir. Tələbə varsa, biz də varıq. Onlar da özləri üçün yaradılmış bu imkanlardan yararlanmalıdır".

Maşınqayırma və metallurgiya fakültəsinin dekan müavini Anar Hacıyev:

"Universitet sosial struktur olaraq olduqca mürəkkəb sistemdir. Burda əyləşən bütün tələbələrin də universitetin sosial həyatında rolu danılmazdır. Siz ən yaxşılardansınız. Arzu edirəm ki, bu uğurlu ritmi qoruyub-saxlaya biləsiniz. Bir daha hər birinizi təbrik edirəm". 

Daha sonra Energetika fakültəsinin dekan müavini Lalə Piriyeva və İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin dekan müavini Ülviyyə Kərimova tələbələri təbrik edib.

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Texniki Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

İnarə Quliyeva - İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi;

Laçın Abbasov - İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi;

Günel Həsənova - İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi;

Gülnar Hüseynova  - İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi;

Azad Musayev - Xüsusi texnika və texnologiya fakültəsi;

Xəyal Abdullayev - Xüsusi texnika və texnologiya fakültəsi;

Ramid Muradov - Maşınqayırma və robototexnika fakültəsi;

İsmət Məmmədov - Nəqliyyat və logistika fakültəsi;

Xatun Hüseynova - İqtisadiyyat və idarəetmə fakültəsi;

Fidan Qurbanova - Radioelektron mübarizə vasitələri ixtisası.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see249

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see176

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri