Icma.az
close
up
RU
AzTU Özbəkistan universitetləri ilə yeni proqramlara başlayır

AzTU Özbəkistan universitetləri ilə yeni proqramlara başlayır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığı son illərdə daha da genişlənərək təhsil, elm, innovasiya və akademik mübadilə sahələrini əhatə edir. İkili diplom proqramları, birgə elmi-tədqiqat layihələri və professor-müəllim və tələbə mübadiləsi iki ölkənin universitetləri arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova AZƏRTAC-a açıqlamasında bildirib ki, AzTU ilə Özbəkistan Respublikasının Beynəlxalq Türk Dövlətləri Universiteti və Asiya Texnologiyalar Universiteti arasında ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı müqavilələr imzalanıb. Proqramların növbəti tədris illərindən icrasına başlanılması nəzərdə tutulur. Hazırda Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə də ikili diplom proqramının yaradılması istiqamətində danışıqlar aparılır.

S.İsgəndərova qeyd edib ki, Azərbaycan Texniki Universiteti ilə Daşkənd Dövlət Nəqliyyat Universitetinin birgə yaratdığı Logistika və Nəqliyyat sahəsində Birgə Tədqiqat Platforması çərçivəsində beynəlxalq yükdaşımalar, şəhər mobilliyinin təşkili və nəqliyyat texnologiyaları üzrə birgə elmi-tədqiqatlar aparılır. O bildirib ki, cari tədris ilində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin elan etdiyi elm müsabiqəsində AzTU bir neçə Özbəkistan ali təhsil müəssisəsi ilə birgə qrant layihələri təqdim edib.

“AzTU beynəlxalq tərəfdaşlıqların inkişafına xüsusi önəm verir. Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığımız yalnız təhsil proqramları ilə məhdudlaşmır, həm də birgə elmi tədqiqatları, innovasiya layihələrini və akademik mübadiləni əhatə edir”, – deyə S.İsgəndərova vurğulayıb.

Mətbuat katibi qeyd edib ki, AzTU Asiya İnkişaf Bankının “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı” çərçivəsində “Yaşıl bacarıqların inkişafının gücləndirilməsi” adlı texniki yardım layihəsində də iştirak edir. Layihə çərçivəsində AzTU Özbəkistanın Milli Tədqiqat Universiteti – Daşkənd Kənd Təsərrüfatı İrriqasiya və Mexanizasiya Mühəndisləri İnstitutu ilə su ehtiyatlarından səmərəli istifadə, bərpaolunan enerji texnologiyaları, enerjidən səmərəli istifadə və iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətlərində əməkdaşlıq edir.

S.İsgəndərova bildirib ki, AzTU-nun tədqiqatçıları Özbəkistanın bir sıra ali təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə mütəmadi olaraq birgə elmi məqalələr dərc edirlər. Eyni zamanda, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Daşkənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti ilə birgə elmi fəaliyyət həyata keçirilir, doktorantların birgə müdafiəsinin təşkili istiqamətində işlər aparılır.

“Akademik mübadilə əməkdaşlığımızın mühüm istiqamətlərindəndir. Son illərdə AzTU-nun 30 nəfər professor-müəllim heyəti mübadilə proqramları çərçivəsində Özbəkistanın ali təhsil müəssisələrində olub. Özbəkistanın ali təhsil müəssisələrindən isə 100-dən çox professor-müəllim və tələbə mübadilə proqramları çərçivəsində AzTU-da olub”, – deyə mətbuat katibi əlavə edib.

O, qarşıdakı dövrdə Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. S.İsgəndərovanın sözlərinə görə, yeni ikili diplom proqramlarının hazırlanması, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin sayının artırılması əsas istiqmətlərdəndir.

“Qarşıdakı illərdə Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi planlaşdırılır. AzTU “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi”, “Azərbaycan-Mərkəzi Asiya Rəqəmsal Dəhlizi” və “Azərbaycan-Orta Asiya Bilik Dəhlizi” çərçivəsində yaşıl enerji texnologiyaları, enerjidən səmərəli istifadə, data elmi, süni intellekt, kibertəhlükəsizlik, telekommunikasiya, yeni materiallar, su ehtiyatlarının idarə olunması, ədalətli keçid və kənd təsərrüfatında smart texnologiyaların tətbiqi istiqamətlərində ortaq tədqiqatların genişləndirilməsində maraqlıdır”, – deyə S.İsgəndərova vurğulayıb.

Müxbir-Xatirə Cəfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri