Icma.az
close
up
RU
AzTV sədri vertolyot almaq istəyirmiş Rövşən Məmmədov buna görə vurulur

AzTV sədri vertolyot almaq istəyirmiş Rövşən Məmmədov buna görə vurulur

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Hesablama Palatasının "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də keçirdiyi auditin nəticələrini açıqlaması ictimai diqqəti qurumun rəhbəri Rövşən Məmmədovun üzərinə yönləndirib. 
Demokrat.az xəbər verir ki, auditin nəticələrinin AzTV sədri üçün "əcəl zəngi" ola biləcəyini düşünənlər az deyil.
Hazırda mətbuatı ən çox bu sual düşündürür: Rövşən Məmmədov niyə "vurulur"?
Qeyd edək ki, Hesablama Palatasının dövlət televiziyasında audit keçirməsi müxtəlif səbəblərlə əlaqələndirilir. AzTV-nin fəaliyyəti ictimai əhəmiyyət kəsb etdiyi üçün bütün mülahizələr maraqla qarşılanır.
Metbuat.az AzTV sədrinin "vurulmasının" əsl səbəbini öyrənə bilib. Məlum olub ki, Rövşən Məmmədov əməkdaşlar arasında ayrıseçkilik etdiyi, eyni işi görən müxbirin birinə 500, digərinə 3000 manat qonorar yazdığı üçün onun fəaliyyətindən narazılıq pik həddə çatıb. 
"AZTV-də ayda 6-7 min manat qonorar alan müxbirlər var. Bu cür yüksək qazanc əldə etmək üçün mütləq Rövşən müəllimin müəyyənləşdirdiyi "sevimlilər" kateqoriyasına daxil olmalısan", - deyə məlumatlı şəxs bildirib.
Mənbə deyib ki, Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsi onun "qara siyahı"ya düşməsi ilə nəticələnib. Hakimiyyətin yuxarı eşelonunda AzTV sədrinin bu niyyətindən xəbər tutanda onu sərt tənqid ediblər. Sədr vertolyotu çəkiliş prosesini daha rahat təşkil etmək üçün almaq istədiyini desə də, bu arqument ciddi qəbul olunmayıb və onun bu hərəkəti "özbaşınalığın son həddi" kimi qiymətləndirilib.
Məlumatda o da qeyd olunur ki, çəkilişləri ekstremal situasiyalarda belə cəmi 2 min manat qiyməti olan dron vasitəsilə tam təhlükəsiz şəraitdə həyata keçirmək mümkündür. Hazırda AzTV-də bu texnikadan istifadə olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri