Icma.az
close
up
RU
AzTV yə qarşı qərəzli kampaniya So­sial şə­bə­kə­də ya­zı­lan­lar

AzTV yə qarşı qərəzli kampaniya So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rövşən Məmmədov, AzTV-nin sədri:

- 1926-cı il, 6 noyabr... Danışmağa başladın... Dediyin ilk söz də "Danışır Bakı" oldu. O gündən bugünə 99 il keçir. Bir əsrə bərabər yolda nələr yaşadın, nələr gördün, tarixin hansı qaranlıq və işıqlı səhifələrinə şahidlik etdin?!. Deportasiyalara, soyqırımlara, işğala, terrora, müharibələrə işıq salan tək pəncərə oldun...

Xalqının səsini dünyaya çatdırırdın deyə zaman-zaman səsini batırmaq belə istədilər. Amma alınmadı, olmadı.... Xalqınla yaşadın, yaratdın, Xalqının səsi oldun.

99 il keçir... Bu gün də həmin səs yaşayır və yaradır... 44 günlük Zəfər yolunun, Şuşanın, Xankəndinin azadlıq xəbərinin, 30 illik Vətən həsrətindən sonra dədə-baba yurduna qayıdan qarabağlıların və bu reallıqları bizə yaşadan Ali Baş komandanın Vətən və Xalq naminə atdığı hər bir addımının müjdəçisinə çevrildin, doğma Azərbaycan Radiosu... Böyüdün, qol-qanad açdın, Beynəlxalq Radio, Azərbaycan Televiziyası, Mədəniyyət TV, İdman TV kimi övladların oldu. Həmçinin bu gün Azərbaycanda fəaliyyət göstərən hər mediada, hətta yeni dövrün internet mediasında belə sənin izlərin var. Bir sözlə, hər şey səninlə başladı, hər şey səninlə davam edir. Yeni nəfəs, yeni güclə, amma milli ənənələri qorumaq şərtilə "danışır Azərbaycan"... Günün mübarək,  Azərbaycan Radiosu!!!

Elman Babayev, jurnalist:

- Hesablama Palatasının Azərbaycan Dövlət Televiziyasında apardığı yoxlamanın nəticəsi ictimai rəyə elan olunmalı idi, olundu. Çünki qurumun vəzifəsi  bütün qurumlarda  maliyyə vəsaitlərinin necə xərcləməsi ilə bağlı yoxlama aparmaq və nəticəni açıqlamaqdan ibarətdir. Nöqsanlar adətən hər bir qurumun fəaliyyətində az və çox dərəcədə üzə çıxır və ictimai rəydən heç zaman gizli saxlanılmır. Əgər maliyyəyə dair hesabatlar əksərən hansısa qurumu ötəri diqqət mərkəzinə gətirməklə məhdudlaşırdısa, AzTV məsələsində  elə olmadı. Fərqli müşahidələr ortaya çıxdı. Məsələ ondan ibarətdir ki, Hesablama Palatasının mövqeyinə sosial mediada müxtəlif rənglər qatıldı. O rənglər ki, qurum sanki AzTV-də dəhşət doğuran bir maliyyə pozuntusunun üstünü aşkarlayıb, televiziya biabırçı bir qanunsuzluğun içərisindədir, əməkdaşların haqları pozulur, dövlət vəsaitləri yeyilir və s. Dərhal televiziyanın rəhbəri ön plana çıxarıldı, böyük pul vəsaiti tələb edən avadanlıqlar, vertolyot və s. kimi iddialı nələrsə almaq planları qurmasına dair qeyri-ciddi mənbələrdən versiyalar irəli sürüldü. Yaxın adamlarına pulların daha çox getməsi, tanış olmayanların haqlarının kəsilməsi kimi fikirlər tirajlandı və daha nələr. Bu iddiaların, xoşagəlməz ittihamların isə Hesablama Palatasının açıqladığı mövqe ilə heç bir əlaqəsi yoxdur. Palatanın mövqeyi ortadadır: ödəmə sistemi düzgün nizamlanmayıb. Bu nə deməkdir? Yəni 26 milyonluq vəsait maaş yox, qonorar formasında əməkdaşlara ödənilib. Niyə maaş yox, qonorar formasında, bunun da izahı var.

Bəllidir ki, AzTV bugünə qədər məhz maaş və qonorar sistemi ilə işləyib. Eyni sistem çap mediasında və bir sıra televiziyalarda da var. Ona görə belədir ki, bu sistem həm daha məhsuldar və daha peşəkar insanları fərqləndirməyə imkan verir, həm də əməkdaşlarda əlavə stimul yaradır. Söhbət tələbin icrasının önəmindən gedir, AzTV də açıqlamasında bildirdi ki, bu problem mərhələ ilə aradan  qaldırılır. Çünki maaş sisteminə tam keçid ƏDV-nin artması demək olur. Nəzərə alsaq ki, burada 2 minə yaxın əməkdaş çalışır, AzTV-nin də büdcəsi 42 milyon AZN təşkil edir,  deməli, qurum illik 3 milyona yaxın əlavə vergi ödəməlidir. Bu isə bir TV üçün az məbləğ deyil. Yəni problem var, amma həlli yalnız AzTV-dən gözləmək doğru deyil, məsələ kompleks həll olunmalıdır. Məlumatlar belədir ki, ötən ildən bəzi redaksiyalar maaş sisteminə keçib. Proses davam edir və gələn il məsələnin həll olunacağına böyük ümidlər bəslənilir.

Nəyə görə maaş, nəyə görə qonorar məsələsini müstəqil ekspertlər də, iqtisadçılar da, peşəkar media da  çox gözəl bilir. Bir sıra saytların bu məsələ ilə əlaqədar ictimai fikri əsası olmayan söhbətlərlə yükləməsi isə qeyri-ciddi səslənir. Amma belə görünür ki, Hesablama Palatasının açıqlamasını fürsət bilənlər AzTV-yə qarşı bir kampaniyanın genişlənməsində maraqlıdırlar. Dövlət televiziyası ilə hansısa qərəzi, qisascıl mövqeyi, unutmadığı incikliyi olanlar da bu dalğaya qoşulur və məsələni daha da böyütməyə çalışırlar.

Hər zaman dövlət maraqlarını qoruyan, ölkənin informasiya siyasətini uğurla həyata keçirən AzTV-ni belə xoşagəlməz ittihamlarla gözdən salmaq yaxşı davranış sayıla bilməz. Dövlət televiziyasında verilişlərin səviyyəsi, milli dəyərlərin gözlənilməsi, xəbərdəki peşəkarlıq, Azərbaycan dilinin qorunması və s. parametrlər onun imicini hər zaman yüksəldir və nümunəvi edir.

Fərid Pərdəşünas, texnobloger:

- Önəmli olan qələbə, heç-heçə, məğlubiyyət və ya hesab deyil. Önəmli olan cəsarətdir. "Qarabağ" rəqibinin 1 ehtiyat oyunçusunun dəyərində klub ola-ola, 1 milyard avrodan çox dəyəri, son dünya çempionu titulu olan "Çelsi"yə qarşı cəsarətlə oynadı, döyüşdü.

O stadiona gələn 30000 azarkeş də "Çelsi"ni izləmək üçün gəlməmişdi. Bu cəsarətə inandığı üçün gəlmişdi. "Qarabağ" adı mübarizə, cəsarət, qələbə simvoluna çevrilib. Necə deyərlər - Noyabrlar bizim. Artıq hamını bir sual düşündürür: Çətin olanı bacarıb, növbəti tarixi yaza biləcəyikmi? Liqa mərhələsini keçə bilərikmi?

Müsəllim Həsənov, jurnalist:

- "Qarabağ"dan Qarabağ Zəfərinə möhtəşəm hədiyyə!!!

Tale Heydərov, sahibkar:

- Cənab Prezident İlham Əliyev dünən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.

Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm.

Problemin cənab Prezident tərəfindən qaldırılması heç də təsadüfi deyil. Çünki bu məsələnin illərdir öz həllini gözləməsi, aidiyyəti qurumlar və şəxslər tərəfindən kifayət qədər müzakirə edilməməsi hələ də böyük problem olaraq qalmaqdadır. Təəssüf doğuran hal isə budur ki, bu mövzu cəmiyyətə lazımi səviyyədə təqdim və izah olunmur. Bu, ya sözügedən məsələyə biganə yanaşmağımızdan, ya da dilimizin nə dərəcədə dəyişməsinin, daha dəqiq desək, yad təsirlərə məruz qalıb korlanmasının fərqində belə olmamağımızdan irəli gəlir.

Əlbəttə, dünya sürətlə dəyişir, elmi-texniki tərəqqi davam etdikcə yeni terminlər, anlayış və sözlər meydana çıxır. Onlar hansısa başqa bir dildə yaranır və tezliklə bütün dünyada ümumişlək sözlərə çevrilir, tədricən hamı tərəfindən rahatlıqla qəbul və dərk edilir. Digər xalqlar da onları öz dil ailəsinə qəbul etməli olur. Biz də istisna deyilik. Bu mənada dilimizdə olmayan sözlərin yerinə yeni əcnəbi sözlərin alınması heç də qəbahət deyil, əksinə, dilimizi zənginləşdirən bir amildir və əksər hallarda sadəcə labüddür. Dünya dillərinin əksəriyyəti bu təcrübədən keçib. Televiziya, telefon, internet, kompüter və digər bu kimi yeni texnoloji icad və məhsullara milli adlar qoymağa ehtiyac olmadığı üçün əksər millətlər kimi, biz də bu sözləri öz gündəlik danışıq dilimizə və lüğətimizə əlavə etmişik; bu da normaldır. Çünki fəlsəfənin "milli-mədəni düşüncənin ərazisi" adlandırdığı dil canlı orqanizmdir. O, daim inkişaf etməli, zənginləşməli, yeni və alınma sözlər hesabına genişlənməlidir ki, həmin "düşüncə ərazisi" də böyüsün. Əlbəttə, bu proses digər ölkələrdə olduğu kimi, bizdə də labüdən getməlidir, amma bunu xüsusi vurğulayırıq ki, ana dilimizin milli enerjisini "sormaq", onun "ekologiyasını korlamaq" hesabına yox!

Burada narahatlıq doğuran başlıca məsələ nədir? Əsas problem dilimiz lüğət tərkibi və ifadə vasitələri baxımından kifayət qədər zəngin olduğu halda alınma və ya əcnəbi sözlərdən yerli-yersiz istifadə etməyimizlə bağlıdır. Dilimizdə əsrlər boyu işlənən sözlər varsa, başqa dillərdən onların ekvivalentlərinin bizim dilə keçməsinə nə ehtiyac var? Bu, ana dilimizin təmizliyinə, bununla da milli kimliyimizə təhdid yaratmaqdır. Cənab Prezident məhz bu vacib məqamı diqqətə çatdırdı. Dövlət başçımızın çox düzgün bildirdiyi kimi, "əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?!"

Təəssüf ki, telekanallarımızda, radio efirlərimizdə, yazılı mediamızda, sosial şəbəkələrdə və gündəlik danışıqda bu kimi xətalara çox tez-tez yol verilir. Bütün bunların bir neçə səbəbi var. Bir səbəb insanlarımızın xarici televiziya kanallarını izləməsi və oradakı verilişlərə, seriallara baxmasıdır. Bu prosesin illərlə davam etməsi insanların orada hər gün eşitdikləri kəlmələri gündəlik danışıq dilinə daxil etməsi ilə nəticələnir. Ən pisi də odur ki, həmin sözlərdən istifadə adiləşir. Çoxuna da elə gəlir ki, belə də olmalıdır, ən düzü elə budur. Düşünürəm ki, yerli televiziya və radio kanalları verilişlərin keyfiyyətini artırsa, - zənnimcə, bu sahədəki vəziyyət son illərdə yaxşıya doğru dəyişməkdədir, - izləyicilərin çoxunu yerli ekran-efir məkanına qaytarmaq mümkün olacaq. Amma hələ o səviyyəyə çata bilməmişik. Bununla bağlı kompleks tədbirlərin görülməli olduğunu düşünürəm. Bu problemə yerli jurnalistlərin və digər aidiyyəti qurumların ciddi müdaxiləsinin baş verməməsini də nəzərə alsaq, vəziyyətin niyə bu həddə çatdığını anlamaq çətin olmaz.

Başqa bir məsələyə də toxunmaq lazımdır: ədəbi Azərbaycan dilində danışa bilməyən şəxslərin televiziyalarda və digər efir məkanlarında çıxışına icazə verilməsi düzgün deyil. Ekrana-efirə çıxan hər kəs həm dilimizə, həm də mədəniyyətimizə hörmətlə yanaşmalıdır. İnsanlar, xüsusilə də gənc nəsil görüb-eşitdiyini öyrənir, buna görə də efirdə xalis ədəbi dildə nitq və çıxışların daha çox səslənməsi vacibdir. Efirdə ədəbi dilimiz daha çox işlənsə, bir o qədər çox sayda insan bu dili rahat qəbul edəcək və gündəlik həyatda da ondan daha çox yararlanacaq. Təklifim isə budur: media orqanları xarici sözlərin dilimizdən çıxarılmasına və bu sahədə təbliğat aparılmasına ciddi diqqət yetirməlidir. Eyni zamanda, bu standartlara əməl etməyən qurumlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Dil millətin pasportudur. Heç kim onunla istədiyi kimi davrana bilməz!

Bu vəziyyətin kökündə həm də cəmiyyətimizin, sıravi vətəndaşların ana dilinə bəzən biganə münasibəti dayanır. Valideynlər övladlarını müxtəlif dillərdə təhsil verən məktəblərə göndərirlər. Burada qəbahət yoxdur. Bu məktəblər bəzən daha yaxşı təhsil verir və gənclərimizin xaricdə daha nüfuzlu universitetlərdə təhsil almasına şərait yaradır. Amma bu məktəblərdə Azərbaycan dili bəzən heç də istənilən səviyyədə tədris olunmur, dilimizin ümumiyyətlə öyrədilmədiyi məktəblər də var. Bu, dilimizə olan ən böyük hörmətsizlik və əlbəttə ki, böyük qüsurdur. Buna nə aidiyyəti qurumlar biganə qalmalıdır, nə də valideynlər.

Digər tərəfdən, müəyyən ictimai yerlərdə Azərbaycan dilinə açıq-aşkar hörmətsizlik göstərilir. İstər müəyyən şirkətlərdə, istərsə də kafe-restoranlarda ziyarətçi və müştərilərlə ünsiyyət başqa dildə aparılır. Bir çox restoranlarda Azərbaycan dilində bəzən heç menyu da olmur. Təəssüf doğuran hal odur ki, bu tipli məkanlar, əsasən, digər ölkələri təmsil edən iş adamlarına məxsus olur, halbuki onların ölkələrində biz onların ana dilinə belə hörmətsizlik etməyi ağlımıza da gətirmərik. Öz milli mətbəxini ölkəmdə təmsil edirsən? Çox gözəl, buyur. Amma dilimi öyrənməlisən, necə ki, mən sənin ölkəndə sənin dilində danışıram. Bu halların baş verməsinin səbəbi bunu onlardan, elə özümüzdən də tələb etməməyimizdir. Şəhərin mərkəzində xarici dillərdə məkan və şirkət adlarının yazıldığı reklam-elan lövhələri ilə tez-tez rastlaşırıq. Amma təəssüf ki, bütün bu hallar nə qanuni şəkildə cəzalandırılır, nə də ictimai şəkildə qınanılır. Halbuki buna məsul qurumlar var.

Görünür, bu sahədə ciddi təbliğat işinin aparılması artıq günün tələbidir. Əks halda çox şey itirəcəyik, prosesləri öz axarına buraxsaq, dilimizi və ümumən milli kimliyimizi təhlükəyə atmış olacağıq. Təcrübə göstərir ki, istənilən problem həll edilmədikcə həmin problem daha da böyüyür. Ümid edirik ki, cənab Prezidentin bu mühüm çıxışı həm bizi bir cəmiyyət olaraq ayıldacaq, həm də dilimizin qorunması üçün qətiyyətli addımların atılmasına təkan verəcək. Avropa Azərbaycan Məktəbi və TEAS Press Nəşriyyat Evi bu istiqamətdə ümumi işə öz töhfəsini verməkdə davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri