Icma.az
close
up
RU
AzVP Siyasi Şurasının iclası keçirilib FOTOLAR

AzVP Siyasi Şurasının iclası keçirilib FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azad Vətən Partiyası (AzVP) Siyasi Şurasının növbəti iclası keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, iclas şəhidlərin xatirəsinin yad olunması və Dövlət Himninin canlı oxunması ilə başlayıb. 

Siyasi Şuranın sədri Novruz Novruzov müzakirə olunacaq gündəlik məsələləri təqdim edib, giriş sözü ilə çıxış edib.

İlk olaraq, partiya sədri Akif Nağının təqdimatı ilə təşkilati məsələlərə baxılıb, sədrin yeni təyinatları təsdiq edilib. Elnur Quliyev təşkilati, Afiq Axundov beynəlxalq əlaqələr, Fəzli Qasımov humanitar, Tağı Süleymanoğlu təbliğat, Şaiq Süleymanov ümumi məsələlər üzrə sədr müavinləri təyin ediliblər. 

Həmçinin, Əkbər Rüstəmov Ağsaqqallar Şurası, Rəsmiyyə Qarayeva Qadınlar Şurası, Nihad Hacıyev Gənclər Komitəsinin sədrləri, Hacı Fərman Məmmədov milli-mənəvi dəyərlər, Tacəddin Əyyubov hüquqi məsələlər üzrə partiya sədrinin müşavirləri vəzifələrinə təsdiq edilib. 

Sonra partiyanın İcra aparatının yeni tərkibi formalaşdırılıb. Haşim İsgəndərli İcra aparatının rəhbəri, sədr müavinləri, Ağsaqqallar Şurası, Qadınlar Şurası, Gənclər Komitəsinin sədrləri, partiya sədrinin müşavirləri, həmçinin sərbəst üzvlər Ceyhun Tağıyev, Afaq Əhmədova, Elnarə Kərimova, Hacı Mehdi Məmmədov, Seymur İsmayılov daxil olmaqla 16 nəfərdən ibarət İcra aparatının yeni tərkibi təsdiq edilib. 

Daha sonra rayon təşkilat sədrlərindən Sovet Əsədov (Şuşa), Nizami Məmmədov (Quba), Ramiz Əkbərovun (Sabirabad) Siyasi Şura üzvləri olaraq səlahiyyətləri təsdiq edilib, Gülgəz Heydərbəyli, Elnarə Kərimova, Rafiq Xəlilov, Hüseyn Talıbov Siyasi Şuraya sərbəst üzv seçiliblər.

Partiya sədri Akif Nağı qərarların icrası və görülmüş işlərlə bağlı son üç ayı əhatə edən hesabat dövrünə aid partiya üzvlərinin yeni reyestr siyahısının Ədliyyə nazirliyinə təqdim olunması, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatının verilməsi, bələdiyyə seçkilərinin nəticələri, 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanının, Xocalı soyqırımının ildönümündə Xocalı abidəsinin ziyarət olunması, Prezident Administrasiyasının təşkilatçılığı ilə partiyaların geniş “dəyirmi masa”sında, Əsgəran, Xocalı, Xankəndinə kollektiv səfərdə iştirak, cari təşkilatlanma və təbliğat işləri, kütləvi informasiya vasitələrində çıxışlar və digər məsələlər haqqında məlumat verib.

Akif Nağı hazırkı vəziyyət və partiyanın vəzifələrinə dair geniş məruzə edib. Məruzə ətrafında Barat İmani, Novruz Novruzov, Elxan Rəhimov, Şaiq Süleymanov, Hacı Hacağa Nuri, Afaq Əhmədova, Fəzli Qasımov, Rəsmiyyə Qarayeva, Haşim İsgəndərli, Ramiz Əkbərov, Tacəddin Əyyubov və digərləri çıxış edib.

Partiyadan bələdiyyələrə seçilmiş üzvlər çıxış edərək fəaliyyətə başlamaları, gələcək planları ilə bağlı danışıblar. Sonda məruzə və çıxışlara uyğun olaraq qərarlar qəbul edilib. 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri