Azyaşlıları cəlb edib it döyüşdürdülər, polis hərəkətə keçdi VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkənin Azərbaycan seqmentində bir qrup şəxsin itlərlə vəhşicəsinə rəftarının görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, bu barədə heyvan haqları aktivisti Nizami Ramazanov paylaşım edib.
Paylaşılan videolardan məlum olur ki, aralarında güc balansı olmayan itlər digərinə xəsarət yetirir, hadisəyə şahidlik edən şəxslər isə bunu coşqu ilə qarşılayırlar. Rəhmsiz rəftarı izləyənlər arasında azyaşlı uşaqların olması isə diqqətçəkən məqamlardan biridir.
N.Ramazanovun sözlərinə görə, sözügedən videoları Fərid Həmid adlı şəxs özünün "Telegram" kanalında paylaşır:
"Bu şəxsin it döyüşü ilə bağlı paylaşdığı ikinci videosudur. Bunlar it döyüşlərinə azyaşlı uşağı da gətirirlər. Həm uşağın tərbiyəsini pozurlar, həm də həyatı üçün təhlükə yaradırlar. Bu videonun harada çəkildiyi məlum deyil. İt döyüşünün Zaqatala rayonu ilə heç bir əlaqəsi yoxdur".
Oxu.az-ın əldə etdiyi məlumata görə, polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır.
Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 27 Fevral 2025 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















