Azyaşlıları cəlb edib it döyüşdürən şəxs və valideyni barəsində tədbir görüldü
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Göyçayda it döyüşdürən şəxs və valideyni barəsində protokol tərtib edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, fevralın 27-də sosial şəbəkədə it döyüşdürülməsi ilə bağlı paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Həmin görüntülərin Göyçay rayonunda qeydə alındığı müəyyən edilib və əməli törədən yetkinlik yaşına çatmayan şəxs valideyni ilə birlikdə ərazi polis orqanına dəvət olunub.
Onların hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək qərar qəbul olunması üçün aidiyyəti üzrə göndərilib.
Xatırladaq ki, fevralın 27-də iki itin döyüşdürülməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılmışdı. Paylaşılan videolardan məlum olur ki, aralarında güc balansı olmayan itlər digərinə xəsarət yetirir, hadisəyə şahidlik edən şəxslər isə bunu coşqu ilə qarşılayırdılar.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 01 Mart 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















