Icma.az
close
up
RU
Azyaşlının hərəkəti ailə faciəsinə səbəb oldu

Azyaşlının hərəkəti ailə faciəsinə səbəb oldu

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə sonda cinayətlə yekunlaşıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin aprelin 18-də rayonun Qobu qəsəbəsində baş verib. Saatlı rayon sakini Əfqan həmin gün saat 21 radələrində yaşadığı fərdi yaşayış evində arvadı Sənəm (adlar şərtidir – red.) ilə birgə nigahdan olan 2017-ci il təvəllüdlü azyaşlı övladlarının təbii ehtiyacını evin nəzərdə tutulmayan hissəsində ödəməsi zamanı onunla aralarında fikir ayrılığı yaranıb. 
O, fikir ayrılığı ilə əlaqədar ailə daxili münasibətlər zəminində baş vermiş narazılıqla bağlı mübahisə edib və həmin mübahisə əsnasında əsəbiləşərək qadına hücum edib. Qəsdən qadının bədəninin müxtəlif nahiyələrinə ardıcıl əl-ayaq zərbələri vurub. 
Daha sonra isə zərərçəkmiş şəxsin qollarından tutaraq sıxıb və itələyərək kürəyini divara vurub. Ardınca onun həmin zərbə və hərəkətlərindən qadın yerə yıxılıb. Bu vəziyyətdə istifadə edən kişi arvadına təpiklə zərbələr vurub. 
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sənəmdən əvvəl ailəli olub, eyni zamanda qadının da əvvəllər başqa bir evliyi olub: “Sənəmin əvvəlki münasibətdən bir azyaşlı övladı var. Sənəm ilə 2016-cı ildə rəsmi olaraq ailə həyatı qurmuşam. Həmin evlilikdən 2017-ci il təvəllüdlü övladım Xəyal  doğuldu. Sənəmin oğlu autizm xəstəsidir”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 18-də, saat 21 radələrində Qobu qəsəbəsində yaşadığı evdə şam yeməyini yeyərkən azyaşlı övladı Xəyal təbii ehtiyacını ödəmək üçün sanitar qovşağına getmək istədiyini dedi. Mən də yemək yediyim üçün Xəyala anasına müraciət etməsini söylədim. Lakin Hüseyn anasının evin qapısının əks tərəfində dayanaraq onu sanitar qovşağına buraxmadığını dedi, otaqda stulun üzərinə təbii ehtiyacını ödədi. Bundan sonra Sənəmi çağırdım və ona yemək yediyim vaxt nə üçün övladımın otaqda stulun üzərinə təbii ehtiyacını ödədiyini iradla bildirdim. Bu səbəbdən aramızda mübahisələrimiz baş verdi. Mübahisə zamanı əsəbiləşərək Sənəmin üzərinə getdim. Əl və yumruq zərbələri ilə qəsdən onun sifətinə, burnuna, başına, sinəsinə vurdum. Hər iki qollarından sıxdım və daha sonra isə təpiklə hər iki ayaqlarından vuraraq onu döydüm. Sənəm aldığı zərbələrin təsirindən yerə yıxıldı. Bundan sonra ondan aralandım və yataq otağına keçərək  yatdım”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sənəmin sözlərinə görə, aprelin 18-də, saat 21 radələrində evdə olarkən əri Əfqana yemək hazırladıqdan sonra oğlu Ramili yatızdırmaq istəyib: “Bu səbəbdən onu yataq otağına apardım. Həmin vaxt digər azyaşlı övladım Xəyal məni görərək ayağa qalxdı və otaqdan çıxmaq istədi. Ona hara getdiyini soruşdum. Bu zaman orada tez şalvarını aşağı çəkdi və təbii ehtiyacını stulun üzərinə ödədi. Buna görə Xəyala bu hərəkətinə görə irad bildirdim. Həmin vaxt ərim “əcəb edib təbii ehtiyacını stulun üzərinə ödəyir, sənin fiziki və əqli qüsurlu oğlun Ramil otağı batıra bilir, bu nə üçün etməsin” sözlərini söylədi. Əfqanın bu sözlərinə öz etirazımı bildirdim. Bu səbəbdən mübahisələrimiz yarandı. Mübahisə zamanı Əfqan üzərimə gələrək məni vurdu. Aldığım zərbələrin təsirindən yerə yıxıldım. Yerdə olan vəziyyətdə də məni təpiklə vurdu. Halımın pis olduğunu görəndən sonra getdi. Ertəsi gün, bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verdim”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin şikayətini geri götürməsini nəzərə alıb.
Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Avqust 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri