Icma.az
close
up
RU
BAAU da Sultan bin Əbdüləziz Əl Səud Fondu ilə əməkdaşlıq görüşü Fotolar

BAAU da Sultan bin Əbdüləziz Əl Səud Fondu ilə əməkdaşlıq görüşü Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Avrasiya Universitetində (BAAU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakı Regional Ofisi ilə birgə həyata keçirilən “Sultan bin Abdulaziz Al Saud beynəlxalq dil təlim proqramı” çərçivəsində Sultan bin Əbdüləziz Əl-Səud Fondunun baş direktoru Salih bin İbrahim Əl-Xulayfi universitetin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, qonağı qəbul edən rektor dosent Səyavuş Qasımov BAAU-nun fəaliyyəti, beynəlxalq əlaqələri, tədris proqramları və maddi-texniki bazası barədə ətraflı məlumat verib. O, universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığa, tələbə-müəllim mübadiləsinə və tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına xüsusi önəm verdiyini vurğulayıb. Rektor həmçinin BAAU-nun son illərdə beynəlxalq sahədə əldə etdiyi uğurları qeyd edərək, birgə layihələrin universitetin nüfuzunu artırdığını bildirib.

Çıxışında rektor BAAU-da fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzi haqqında da məlumat verib. O, mərkəzin əsas məqsədinin ərəb dilinin və mədəniyyətinin öyrənilməsini təşviq etmək, bu istiqamətdə elmi-tədqiqat fəaliyyətini dəstəkləmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və ərəb dili üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə vermək olduğunu vurğulayıb. Əlavə olaraq, mərkəzin müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində seminarlar, təlimlər və elmi tədbirlər təşkil etdiyini diqqətə çatdırıb.

Fondun baş direktoru Salih bin İbrahim Əl-Xulayfi BAAU-nun qonaqpərvərliyinə və beynəlxalq təlimə ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib. O, fondun ərəb dilinin tədrisinin inkişafı, təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanmasında BAAU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüş zamanı tərəflər gələcəkdə ortaq təlim proqramları və layihələrin icrası barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, bu əməkdaşlıq müxtəlif ölkələrdən olan mütəxəssislər arasında təcrübə mübadiləsini gücləndirəcək və ərəb dilinin tədrisinin inkişafına mühüm töhfə verəcək.

Görüşdən sonra qonaqlar “Mərkəzi Asiyada Ərəb dili” beynəlxalq təlim proqramının yekun tədbirində iştirak ediblər.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 İyun 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri