Baba və 2 yaşlı nəvəsi yanaraq öldü Masallıda dəhşətli hadisə KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Masallı rayonunda evdə baş verən yanğın nəticəsində baba və nəvəsi ölüb.
KONKRET.az-ın xəbərinə görə, hadisə Qızılağac kəndində qeydə alınıb.
Təxminən 200 kvadratmetrlik evdə başlayan yanğın qısa müddətdə genişlənib və nəticədə 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlu ölüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub, yanğın sonradan söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı hər iki şəxsin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerinə gələrək vəziyyətlə tanış olublar.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 01 Aprel 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















