Icma.az
close
up
RU
Babasil necə müalicə olunur?

Babasil necə müalicə olunur?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir proktologiyada bu xəstəliyin müalicəsi üçün müxtəlif üsullar istifadə olunur: konservativ üsullar (dərman preparatların vasitəsi ilə), az invaziv üsullar və cərrahiyyə üsulları.

Hər bir halda müalicə üsulu fərdi şəkildə xəstəliyin mərhələsindən, xəstədə digər xəstəliklərin olub-olmadığından və s. amillərdən asılı olaraq seçilir.
Saglamolun.az bildirir ki, xəstəliyin başlanğıc mərhələlərində konservativ müalicə və mini invaziv üsullar, müalicəsiz buraxılmış fəsadlaşmış babasilin müalicəsində isə daha tez-tez hallarda cərrahiyyə üsulları istifadə olunur. Bu səbəbdən babasilin ilkin əlamətlərini (defekasiya aktının bir qədər çətinləşməsi, anal dəliyin ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissi) müşahidə etdikdə dərhal həkimə müraciət etmək lazımdır ki, xəstəliyin müalicəsinin daha sadə üsullarla həyata keçirilməsi mümkün olsun.
- Babasilin konservativ (dərmanlarla) müalicəsi zamanı xüsusi ağrısızlaşdıran, tromblaşmanın qarşısını alan, iltihabəleyhinə və dezinfeksiya edən şamlar və məlhəmlər (yerli) istifadə olunur. Bundan əlavə xəstəyə damarları möhkəmləndirən xüsusi dərman preparatları (daxilə) təyin olunur. Belə müalicə yalnız xəstəliyin ən ilkin mərhələsində effekt verə bilər.
Hirudoterapiya (zəli ilə müalicə) da babasilin müalicəsində istifadə olunur. Zəlilərin ağız suyunda olan ferment “hirudin” qanı duruldur, trombların əriməsinə kömək edir, yeni trombların yaranmasına mane olur. Bu müalicə üsulu adətən digər müalicə vasitələrlə birlikdə kompleks şəklində istifadə olunur və ağrıları azaldır, düyünlərin ölçülərinin kiçilməsinə kömək edir. Kiçik düyünlər isə tam yox ola bilər.
- Mini invaziv üsullar əslində cərrahiyyə manipulyasiyalarıdır. Lakin bu az travmatik üsullardır ki, xəstə onları asan keçirir (bir neçə saatdan sonra xəstə adi həyata qayıdır). Bu müalicə üsullarını poliklinika şəraitində yerinə yetirmək mümkündür.  Bu üsullar yaşlı və müxtəlif, hətta ağır yanaşı xəstəlikləri olan insanlarda tətbiq oluna bilər.
Bu üsulların arasında – sklero- və krioterapiya, infraqırmızı fotokoaqulyasiya və lateks halqalarla düyünlərin bağlanması.
Skleroterapiya kifayyət qədər köhnə və effektiv üsuldur, bu üsul adətən xəstəliyin 1-ci və 2-ci mərhələlərində istifadə olunur. Xüsusi maddə babasil düyününün daxilinə yeridilir ki, nəticədə düyün kiçilir, bürüşür, birləşdirici toxuma ilə əvəz olunur.
Krioterapiya zamanı düyünlərin toxumaları maye azotun köməyi ilə dondurulur və düyün bir müddət keçdikdən sonra hopur.
Müasir proktologiyada lateks halqalarla düyünlərin bağlanması üsulu istifadə olunur. Düyünün ayaqcığına xüsusi halqa taxılır ki, bu halqa düyün qanla təchiz edən damarları sıxır. Nəticədə bir müddət keçdikdən sonra düyünlərin toxumaları məhv olur və düyün hopur.
İnfraqırmızı fotokoaqulyasiya zamanı babasil düyününün ayaqcığında yerləşən və düyünü qanla təchiz edən damarlar şüalar vasitəsilə yandırılır. Düyünün qan təchizatı dayandırılır və bir müddətdən sonra düyün məhv olur.

- Cərrahiyə müalicəsi adətən babasil düyünlərinin trombozu zamanı, xəstəliyin 3-cü və 4-cü mərhələsində istifadə olunur. Belə əməliyyatlar ümumi ağrısızlaşdırma ilə (ümumi narkoz) keçirilir. Hal hazırda belə əməliyyatlar yalnız digər üsulların tətbiqi mümkün olmadığı hallarda istifadə olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri