Icma.az
close
up
RU
Babasil ağrılarından necə yaxa qurtarmaq olar? Yardım

Babasil ağrılarından necə yaxa qurtarmaq olar? Yardım

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Babasil bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir.

Belə hesab olunur ki, dünyada yaşayan 80%-ə qədər insanlarda bu və ya digər formada babasil var. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Saglamolun.az bildirir ki, gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir.

Digər simptomlarla (qaşınma, qanaxma, seliyin ifrazı və s.) yanaşı babasil özünü güclü ağrılarla da büruzə verir. Belə ağrılar zamanı ilk tibbi yardım məqsədi ilə bu kimi vasitələrdən istifadə etmək olar:

- Xarici babasil zamanı (genişlənmiş damarlar bayıra çıxır) ağrılar xüsusi mazların (heparin mazı, Проктозан mazı, Гепатромбин mazı, Relif mazı və s.) köməyi ilə aradan qaldırılır.

Daxili babasil (genişlənmiş damarlar içəridədir) zamanı isə xüsusi şamlardan - Relif, Гепатромбин Г, Aнестезол və s. istifadə etmək olar. Анестезол təzyiqin qalxmasına səbəb ola bilər ki, bu preparatın hipertoniyadan əziyyət çəkən insanların qəbul etməsi tövsiyə edilmir.

- Novokainlə şamlar da yaxşı effekt verir. Lakin onların istifadəsinə müəyyən məhdudiyyətlər var.

- Babasil ağrıları zamanı soyuq kömək edir. Soyuğun təsirində burada olan qan damarları daralır və ağrı hissi də azalır. Parçaya bükülmüş buz 5 dəqiqə ərzində anal dəliyin nahiyəsinə qoyulmalıdır. Əgər xəstədə olan hər hansı digər pozulmaya görə (sidik-cinsiyyət sistemi iltihabları və s.) buzdan istifadə etmək olmaz, bu halda soyuq su ilə kompreslər istifadə oluna bilər - soyuq suda isladılmış parça anal dəliyi nahiyəsinə qoyulur və tez-tez dəyişilir.

- Çömələrək oturmaq vəziyyəti də ağrıların azalmasına kömək edir.

- Hirudoterapiya (zəli ilə müalicə) də babasil zamanı olan güclü ağrıların azalmasına kömək edir. Ağrıkəsici təsirdən əlavə, zəlinin tüpürcəyində tromblaşma proseslərinə mane olan maddələr var. Bu səbəbdən hirudoterapiya babasil zamanı yaxşı müalicəvi təsir edir.

- Əgər heç bir vasitənin köməyi ilə kəskin ağrıdan azad olmaq mümkün olmazsa, xəstəyə novokain blokadası (inyeksiyalar) qoyula bilər. Bunu yalnız həkim edə bilər.

- Palıd qabığı və çobanyastığı dəmləmələri ilə oturaq vannaları və ya kiçik klizmalar (50 ml. kiçik klizma istifadə olunur) da çox yaxşı kömək edir.

İstənilən vasitənin istifadəsindən əvvəl mütləq həkimlə məsləhətləşin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri