Babayev: Əlillik almaq çətindirsə, 41 min insan onu necə alıb?! KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Təkcə bu il 40700 şəxsə əlillik təyin etmişik”.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı o qeyd edib:
“Deyildiyi kimi, əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?! Əlilliyin alınması 2 mərhələdən ibarətdir. Birincisi, tibb müəssisələrində şəxs yoxlama. Məlumatlar elektron şəkildə nazirliyə təqdim olunur. Bu gün haqqı çatan hər bir şəxsin əlilliyinin təyin edilməsi bizim üçün ən ümdə vəzifədir. Deputatların dediyi fərdi məsələlərlə bağlı mən komitə iclasında da müraciət etdim. Ancaq komitə iclasından bu yana mənə heç bir məlumat təqdim edilməyib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















