Icma.az
close
up
RU
Babayevin oğlu ilə bağlı prosesdə gərginlik Ailə qura bilmirəm, rüsvay olmuşam AzPolitika onlayn siyasiictimai qəzet

Babayevin oğlu ilə bağlı prosesdə gərginlik Ailə qura bilmirəm, rüsvay olmuşam AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zərdab və Mingəçevirin icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadə məhkəmədə ifadə verib.

"Qafqazinfo”nun məlumatına görə, eks-icra başçısının oğlu hakim qarşısına zərərçəkmiş qismində çıxıb.

Söhbət Babəli Babayevin 2 milyonluq əmlakını dələduzluqla ələ keçirməkdə ittiham olunan "Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimovun cinayət işindən gedir.

İttihama görə, Babəlinin 1 milyon manat vergi olub. Aruzla Ehtiram da ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda təqsirləndirilənlər Babəlinin Türkiyəyə qaçmasını təşkil ediblər. Bundan sonra Babəlinin onlara etibarnamə əsasında idarə etmə hüququ verdiyi ev və başqa əmlakı satıb pulunu ələ keçiriblər.

Amma təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Deyirlər ki, əmlaklar keçmiş icra başçısının oğlunun istəyi ilə satılıb, pullar öz işlərinə xərclənib.

Lütvəli Babayev

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda Babəli Babayev ifadə verib. O, şüşə qəfəsdə əyləşən hər iki müttəhimin onun başına oyun açdığını deyib: "Məlum olduğu kimi mənim vergi borcum var idi. Bu məsələ ilə bağlı Aruzla tez-tez görüşürdüm. Sonra elə oldu ki, məni Türkiyəyə göndərməsinə razılaşdıq. Dedi ki, Ehtiram gələcək əmlakları idarə etmək üçün ona etibarnamə ver. Sonra bildim ki, hər iki əmlak satılıb.Azərbaycanda qeyd edilənləri araşdırdım. Dedim ki, heç olmasa evimi geri qaytarın. 600 minlik evim Aruzun adında idi. Ev yoxdur. Gah dedi ki, 900 min manat vergiyə vermişəm, gah dedi ki, nişana vermişəm. Ortada heç bir sübut yoxdur. Soruşuram ki, obyekti hansı notariusda alqı-satqı etdirmisən? Demir. Yaxşı, 570 min manat hanı? Xahiş edirəm, pulu kimə verib desin. Bilmək istəyirəm, 2 milyon manat kimə və ya hara verilib?

Zərərçəkmişin dedikləri təqsirləndirilən Ehtiram Kərimovu özündən çıxarıb: ”Düz danış, kəfənini əyninə geyinib gəlmişdin. Səni pis vəziyyətdən çıxardıq. Sənə etdiklərim gözündən gəlsin. Tüfeyli kimi hotellərdə qalmışdın. Bir ildir, mən burada girovam”.

Aruz Əliyev

Məhkəməyə sədrlik edən hakim Mahirə Kərimova bu sözlərinə görə Ehtirama xəbərdarlıq edib.

İfadədəsinin sonunda Babəli Babayev başına gələnlərdən sonrakı yaşayışından gileylənib: ”Onsuz da gedən gedib məndən. Ailə qura bilmirəm, rüsvay olmuşam. Bütün həyatım məhv oldu”.

Proses fevralın 6-da davam edəcək.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Yanvar 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri