Icma.az
close
up
RU
Bacarırsansa, tut məni... Kaspersky gizli şifrələmə funskiyalarına malik fidyə proqramı aşkarlayıb

Bacarırsansa, tut məni... Kaspersky gizli şifrələmə funskiyalarına malik fidyə proqramı aşkarlayıb

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Kaspersky Qlobal Kiber İnsidentlərə Cavab Qrupu (Kaspersky GERT) qurban seçilmiş təşkilatın məlumatlarını aşkarlanmadan yan keçərək şifrələmək üçün qabaqcıl mexanizmlərdən istifadə edən yeni fidyə proqramı aşkar edib. Zərərli proqram Saturn planetinin nizamsız peykinin şərəfinə “Ymir” adlandırılıb. Bu peyk orbitdə planetin fırlanmasına əks istiqamətdə hərəkət edir. “Ymir” adı zərərli proqram tərəfindən istifadə edilən yaddaş idarəetmə funksiyalarının qeyri-standart birləşməsini əks etdirir.

Bizimyol.info informasiya portalı şirkətə istinadən xəbər verir ki, Kaspersky mütəxəssisləri Kolumbiyada bir təşkilata bir neçə mərhələdə edilmiş hücumu təhlil edərkən “Ymiri” aşkar ediblər. Birincisi, təcavüzkarlar işçilərin korporativ hesab məlumatlarını oğurlamaq üçün “RustyStealer” stilerindən istifadə ediblər. Bu, onlara sistemə giriş əldə etmək və sonra fidyə proqramını yeritmək üçün kifayət qədər uzun müddət ərzində ona nəzarət etməyə imkan verdi.

Təcavüzkarların bu cür davranışı, yəni sistemə nüfuz edib və bir müddət orada qalmaq, qondarma “ilkin giriş brokerləri” üçün xarakterikdir. Onlar adətən hücuma məruz qalan sistemə giriş məlumatlarını qaranlıq internetdə digər təcavüzkarlara satırlar. Lakin, bu halda, təcavüzkarlar çox güman ki, bunu etməyib və fidyə proqramını işə salıblar.

"Əgər qondarma "brokerlər" və fidyə proqramını sistemə yeridənlər eyni insanlardırsa, əsas tendensiyadan kənara çıxma haqqında danışmaq olar: təcavüzkarların şifrələməni xidmət kimi (RaaS) təklif edən ənənəvi qruplara etibar etmədən hakerlik etmək üçün əlavə imkanları var”, - deyə Kaspersky-nin Qlobal kompüter insidentlərinə reaksiya qrupunun rəhbəri Konstantin Sapronov qeyd edir.

Təcavüzkarlar zərərli kodu bilavasitə yaddaşda icra etmək üçün malloc, memmove və memcmp funksiyalarının qeyri-standart kombinasiyasından istifadə ediblər. Bu yanaşma ümumi fidyə proqramlarında istifadə olunan tipik ardıcıl icraetmə axınından fərqlənir və aşkarlanmadan daha effektiv şəkildə yayınmağa imkan verir.

Bundan əlavə, “Ymir” təcavüzkarlara faylları istəyə uyğun şifrələməyə imkan verir ki, bu da onlara vəziyyətə daha çox nəzarət etmək fürsəti yaradır. “Path” əmrindən istifadə edərək təcavüzkarlar fidyə proqramının məlumat axtarmalı olduğu qovluğu təyin edə bilərlər. Fayl ağ siyahıdadırsa, zərərli proqram ondan yan keçəcək və şifrləməyəcək.

Qabaqcıl şifrələmə alqoritmi. Fidyə proqramı yüksək sürət və təhlükəsizliyə malik müasir axın şifrəsi olan “ChaCha20”dən istifadə edir. Onun performansı “Advanced Encryption Standard” (AES) şifrələmə alqoritmindən üstündür.

Təcavüzkarlar məlumat oğurluğu barədə ictimaiyyətə məlumat verməsələr də və ya hər hansı tələb irəli sürməsələr də, ekspertlər hər hansı yeni fəaliyyəti yaxından izləməyə davam edirlər. “İndiyə qədər biz fidyə proqramı ilə hücum edən yeni qrupların meydana çıxdığını görməmişik. Tipik olaraq, təcavüzkarlar qurbanlardan fidyə tələb etmək üçün qaranlıq internetdə forumlarda və ya portallarda məlumat sızması haqqında məlumat dərc edirlər. Lakin “Ymir” məsələsində bu hələ baş verməyib. Buna görə də yeni fidyə proqramının arxasında kimin dayandığı sualı açıq qalır. İnanırıq ki, bu, yeni kampaniya ola bilər”, - deyə Konstantin izah edib.

Kaspersky-nin həlləri yeni proqramı “Trojan-Ransom.Win64.Ymir.gen” olaraq aşkar edir. Təfərrüatlar üçün Securelist xülasəsinə baxa bilərsiniz.

Riskləri azaltmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

məlumatların ehtiyat nüsxəsini müntəzəm surətdə çıxarın və lazım olduqda onlara sürətli girişi təmin etmək üçün müntəzəm yoxlamalar aparın;işçilərə kibertəhdidlərlə bağlı məlumatlılığın artırılması və kibergigiyenanın öyrədilməsi üçün təlimlər keçin;cihazdakı məlumat şifrələnibsə və onun üçün hələ ki, deşifrəçi yoxdursa, vacib şifrələnmiş faylları saxlamalısınız. Daha sonra təhdid araşdırması zamanı şifrənin açılması üçün açar yaradıla bilər;fidyə ödəməyin, çünki bu, zərərli proqramın yaradıcılarını hücumlarını davam etdirməyə təşviq edir. Ödəsəniz belə, məlumatların bərpası üçün heç bir zəmanət yoxdur;effektivliyi mütəmadi olaraq müstəqil sınaqlarla təsdiqlənən etibarlı təhlükəsizlik həllərindən istifadə edin;şirkətlər üçün “Kaspersky Symphony” kimi kibertəhdidlərə qarşı hərtərəfli müdafiədən istifadə edin. Bu məhsul xətti hərtərəfli təhlükənin görünməsini və real vaxt rejimində müdafiəni təmin edir. İstənilən ölçüdə və sənayedə olan təşkilatlar üçün uyğundur, çünki o, biznesin ehtiyaclarından və resurslarından asılı olaraq bir neçə səviyyəli müdafiə təklif edir;

idarə olunan müdafiə üçün Kaspersky Compromise Assessment, Kaspersky Managed Detection and Response və/və ya Kaspersky Incident Response kimi insidentlərin aşkarlanmsından tutmuş aradan qaldırılmasına qədər bütöv cavab dövrünü əhatə edən həllərdən istifadə edin. Onlar gizli kiberhücumlara müqavimət göstərməyə, insidentləri təhlil etməyə və ekspert dəstəyi almağa kömək edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri