Icma.az
close
up
RU
Bacarmadıq, effekti görmədik Samir Abasov

Bacarmadıq, effekti görmədik Samir Abasov

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 23-cü turunun matçında - “Qarabağ”la oyunundan sonra baş tutan mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

– Rəhman Hacıyev, Ramil Şeydayevi məcburiyyətdən meydana buraxdınəz, yoxsa həqiqətən inanırdız ki, nəsə edəcəklər?
– Məşqçinin dəyişikləri uğurlu olmaya bilər. Ötən oyun Emil Səfərovla Ramil Şeydayev qol epizodu yaratdı. Bu dəfə alınmadı. Fikirləşdik ki, Filip Ozobiç və Ağadadaş Salyanski ayaqlarına zərbə aldıqları üçün ağrıları var idi. Hücumu gücləndirmək istədik. Bacarmadıq, effekti görmədik. Futboldur da, bir dəfə tutar, bir dəfə tutmaz. Rəhman da, digərləri də fikirləşməlidilər ki, oyuna belə çıxmaq olmaz. Bacardığını qoymalısan ki, komandaya kömək edəsən.

– Sonuncu dəfə “Qarabağ” üzərindəki qələbəniz “Neftçi”yə çempionluq gətirmişdi. Ola bilər ki, 2021-ci ildə “Qarabağ”ı çox pis əsəbiləşdirmişdiz?
– Çox istəkli idik. Üç qələbədən sonra motivasiya yerində idi. Ajiotaj yaranmışdı. Azarkeşlərimə təşəkkür edirəm. Yaxşı ab-hava yaratmışdıq. Oyuna yaxşı başlamışdıq. “neftçi” uzun müddəti “Qarabağ”a qarşı belə oynamamışdı. Səhv oldu. Rəqib 10 nəfərlə qaldıqdan sonra biz də sanki rahatlaşdıq. “Qarabağ”a qarşı etdiyimiz həmişəki kimi səhvi etdik. Əfsuslar olsun ki, azarkeşlərə qələbə qazandıra bilmədik. Önümüzə baxacağıq.

– Bəlkə Rəhmanın əvəzinə Murad Məmmədovu meydana buraxmaq olardı?
– Azarkeş gözü ilə danışılan söhbətlərdir. Onun əvəzinə bu, bunun əvəzinə o.. Hücumu gücləndirmək istəyirdik. İndi danışmaq rahatdır ki, kaş bunu edərdik. Hücumu gücləndirmək istəyirdik.

– “Qarabağ” 11 nəfərlə olanda da “Neftçi” daha üstün oynayırdı. Kevin Medinanın qırmızı vərəqə alması sizin də planınızı pozdu?
– Oyuna hazırlaşanda “Qarabağ”ın 11 oyunçusuna qarşı hazırlaşırsan. Rəqibin təzyiqini, əks-hücumlarını nəzərə alırsan. Medinanın qırmızı vərəqəsindən sonra çox şey dəyişdi. Top bizdə idi. Ortada çevik, kreativ oyunçu çatışmazlığı var idi. Əlimizdə olan materiallarla oyunu qurduq. Bəli, Medinanın qırmızı vərəqəsi oyunumuzu pozdu. Rəqibin qırmızı alması xoşdur. Amma əfsuslar ki, belə oldu.

– Derbidə məğlubiyyət gözlənilən idi. Bu məğlubiyyət bundan sonra mərhələyə necə təsir edəcək?
– İnşallah olmaz. Bu oyunun 1-ci hissəsində etdiklərimizin ən yaxşısını önə çıxarıb, ən yaxşısını edəcəyik. Ən pis şeydən ən yaxşısını çıxarsaq, bizim üçün yaxşı olacaq. Komandam son matçlarda pis oynamır. İstəkliyik. Zaman lazımdır ki, düşüncələrimizi meydanda daha rahat edək. Psixoloji baxımdan bizə təzyiq var idi. Sanki digər komandalar uduzmur. Son görüşlər göstərir ki, düzgün yoldayıq. Oyunçular oyuna yaxşı köklənirlər. Davam edəcəyik.

– “Neftçi”nin kubokdakı final şansları? Finalda “Qarabağ”la qarşılaşa bilərsiz…
– Hələ finala çıxaq. Görək “Qarabağ” özü çıxacaq finala… Finala bir oyundan ibarətdir. Biz çətin səbətdəyik. Kubokda qırğın oyunlar gedəcək.

– Matçdan sonra futbolçular azarkeşlərlə görüşmədi…
– Futbolçularımı da başa düşmək olar. “Neftçi”nin böyüklüyü, əzəməti odur ki, 3 qələbədən sonra stadion doldu. Turnir cədvəlində 6-cı pilləsində olsaq da, işlərimiz yaxşı getməsə də, belədir. Bizə olan tələblərlə ən yüksək yerlərdir. Üç qələbəmiz azarkeşə çox ümid vermişdi. Sənə inanıb gəlirlər, üzülüb gedirlər. Futbolçular da insandır. Paltardəyişmə otağında ağlayan, üzülən oyunçular var. Bəlkə də ən doğrusu azarkeş yanına getməmək idi. Ümidlər qırıldı. Dünya dağılmayıb. Sabah yenə “Qarabağ”la oynayacağıq. Çalışacağıq ki, orda qalib gələk. Futbolçularıma haqq qazandırmıram, başa düşmək olar.

– Komandanızın avrokuboklara vəsiqə qazanmaq potensialı var? Uğursuzluğa düçar olsaz, sizin üçün faciə olacaq?
– 1-2 ay bundan qabaqkı komandadan xəbəriniz var da. “Neftçi” 9-cu pillədə idi. Komandanı avrokuboklara daşımaq çox istəyirik. Məqsədim futbolçularıma bu istəyi aşılamaqdır. Hər oyuna son oyun kimi çıxsınlar. Bu vaxta qədər komanda ruhsuz, istəksiz oynayır deyə, bizi haqlı olaraq günahlandırırdılar. “Neftçi”yə avorkuboklar yaraşır. Amma çox çətin dönəmdəyik. Söz verirəm ki, əlimizdən gələni edəcəyik.

– Emin Mahmudov son matçlarda xüsusi fəallıq göstərir. Kapitan sarğısında dəyişilik ola bilər?
– Xeyr, olmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://fanat.az
archiveBu xəbər 16 Fevral 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see394

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see390

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see371

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see257

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see249

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see234

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see223

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see209

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see209

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see203

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see192

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see188

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see187

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see187

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see178

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see176

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see171

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri