Icma.az
close
up
RU
Bacısını boşandığı üçün bıçaqlayıb Ana oğlunu bağışladığını bildirdi

Bacısını boşandığı üçün bıçaqlayıb Ana oğlunu bağışladığını bildirdi

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Fuad Quliyevin cinayət işi üzrə məhkəməsi başlayıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. 

"Ailədə söz söhbət oldu. Zərərçəkmiş doğma bacımdı. Bacımla münasibət yaxşı olub. Onu vurmaq fikrim yox idi. O bıçaq taxtanı samavar üçün doğramaq üçün istifadə edirəm. Ona deyirdim ki, get öz evinə. Tez-tez ata evinə gəlməsi düzgün deyil. Ona cəmi bir dəfə bıçaq zərbəsi vurdum. Dərhal anamı çağırdım daha sonra isə təcili tibbi yardıma zəng etdim. Bacımla barışıq sazişi imzalamışam".

Zərərçəkmiş Ruhiyyə Quliyeva isə ifadə verərək bildirib ki, heç bir şikayət və tələbi yoxdur.

Şahid Gültəkin Quıiyeva isə bildirib ki, təqsirləndirilən şəxs onun oğludur:

"Çöldən səs gəldi. Eşiyə çıxanda gördüm ki, qızım qan içindədi. Qızım boşanıb gəlmişdi. Söz-söhbət də elə bundan irəli gəlib. Qardaşına cavab qaytardığına görə bu hadisə baş verib. Oğlum hər zaman ona nəsihət edirdi ki, böyük oğlun var boşanmaq məsələsi haqqında düşünmə".

Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib. 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Fud Quıiyev aralarında yaranmış mübahisə zəminində bacısı Ruhiyyə Quliyevanı bıçaqla vuraraq xəsarət yetirib. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri