Icma.az
close
up
RU
Badamdarda tikinti faciəsi: Kim məsuliyyət daşıyır?

Badamdarda tikinti faciəsi: Kim məsuliyyət daşıyır?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində bədbəxt hadisə baş verib. Həmin ərazidə yerləşən "Huner Group" MMC-nin tikinti sahəsində işləyən vətəndaşın üzərinə elektrik barabanı düşüb və o, hadisə yerində ölüb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, kabel barabanlarının ərazidə istifadə qaydaları müvafiq qurğuların üzərində qeyd olunmalıdır. Bu qurğular ildə ən azı bir dəfə üçüncü tərəf – lisenziyalı və ixtisaslaşmış şirkət tərəfindən yoxlanılmalıdır.
"İstifadə zamanı diqqət yetirildikdə görünür ki, düzgün quraşdırma olduqda qurğunun aşması, yuvarlanması və ya sürüşməsi üçün risk minimal olur. Bu kimi halların qarşısının alınması üçün ərazidə məsul şəxslər müəyyən edilməlidir. Sahə mühəndisi ərazini mütəmadi olaraq yoxlamalı, risklərin azaldılması isə birbaşa işəgötürənin təyin etdiyi məsul şəxsin nəzarətində olmalıdır. Adətən bu prosesdə əməyin mühafizəsi üzrə mütəxəssislər, sahə rəisləri və digər texniki heyət məsuliyyət daşıyır" - o bildirib.
Ekspert qeyd edib ki, risklərin qarşısını almaq üçün müvafiq qoruyucu qurğu və avadanlıqlardan istifadə olunmalıdır. 
"Hündürlükdən aşağı düşə biləcək əşyalar xüsusi mühafizə tədbirləri ilə qorunmalıdır. Xüsusilə aşağı hissələrdə baryerlərdən istifadə edilməlidir ki, hər hansı əşya və ya avadanlıq düşərsə, həmin zona mühafizə olunsun və insanların ora daxil olması məhdudlaşdırılsın. Eyni zamanda tikinti sahələrində düşən əşyaların qarşısını almaq məqsədilə mühafizə torlarından istifadə edilməsi zəruridir".
Qeyd edək ki, tikinti sahələrində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır və bəzən ölümcül nəticələrə səbəb olur. 
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri