Badamdarın dərinləşən PROBLEMİ: Qəsəbədə zibil yeşikləri yoxdur
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Paytaxtın Badamdar qəsəbəsində ciddi kommunal problem yaşanır. Ərazidə zibil konteynerlərinin olmaması sakinlərin gündəlik həyatını çətinləşdirib.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Sakinlərin bildirdiyinə görə, qəsəbənin əsas küçələri olan M.Topçubaşov və X.Natəvan küçələrində məişət tullantıları üçün heç bir konteyner mövcud deyil.
"Məcbur qalıb zibil torbalarını təxminən bir kilometr məsafəyə daşımalı oluruq. Avtomobili olan sakinlər vəziyyətdən nisbətən rahat çıxsa da, piyada sakinlər ciddi çətinliklərlə üzləşirlər. Çoxsaylı müraciətlərimizə baxmayaraq, problem hələ də öz həllini tapmayıb", - deyə şikayətdə qeyd olunur.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ərazidə mövcud olan məişət tullantılarının daşınması müqavilə əsasında Mənzil-Kommunal Təsərrüfatı Birlikləri (MKİS) tərəfindən həyata keçirilir.
"Qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət olunduğu təqdirdə məsələyə baxıla bilər",- deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova
Baxış sayı:96
Bu xəbər 17 Fevral 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















