Icma.az
close
up
RU
Bağça müəllimlərinin sertifikasiyası: Onlar sadəcə “uşağa baxan” olmamalıdrlar

Bağça müəllimlərinin sertifikasiyası: Onlar sadəcə “uşağa baxan” olmamalıdrlar

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bura cəlb olunacaqlar. Eyni zamanda bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Bəs bağçaca çalışan müəllimlərin sertifikasiyadan keçməsi nə dərəcədə vacibdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az ilə öz fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, bağça müəllimlərinin diaqnostika və sertifikasiyadan keçirilməsi təşəbbüsü zamanında və olduqca zəruri bir addımdır. Çünki məktəbəqədər təhsil pilləsi uşağın psixoloji, emosional və intellektual inkişafında ən kritik mərhələ sayılır:

"Bu mərhələdə verilən təlim və tərbiyə, uşağın gələcək şəxsiyyətinin, öyrənmə motivasiyasının və sosial bacarıqlarının təməlini təşkil edir. Ona görə də burada çalışan hər bir şəxs sadəcə “uşağa baxan” deyil, ixtisaslı və məsuliyyətli pedaqoq olmalıdır".

Onun sözlərinə görə, sertifikasiya bu baxımdan bir neçə istiqamətdə vacib rol oynayır:

"Birincisi, bu proses bağça müəllimlərinin mövcud bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Hazırda bir çox bağçalarda çalışan tərbiyəçilərin pedaqoji hazırlığı, psixoloji bilik səviyyəsi və uşaqla ünsiyyət bacarığı fərqlidir. Sertifikasiya bu fərqləri üzə çıxararaq, fərdi inkişaf planlarının hazırlanmasına şərait yarada bilər.

İkincisi, bu proses keyfiyyətli müəllimlə qeyri-peşəkar müəllim arasında fərq qoymaq üçün əsas meyardır. Hazırda məktəbəqədər təhsil sahəsinə təsadüfi insanlar da daxil olur. Bu isə sistemin bütövlükdə keyfiyyətini və cəmiyyətin etimadını sarsıdır. Sertifikasiya, bu sahədə çalışanlara peşəkar yanaşmanın tətbiq olunmasına şərait yaradacaq”.

Kamran Əsədov: Məqsəd müəllimi “ələmək” yox, onu daha yaxşı müəllimə çevirmək olmalıdır

Ekspert vurğulayıb ki, məktəbəqədər müəssisələrdə aparılan təlimlərin keyfiyyətini artırmaq üçün pedaqoji kadrların davamlı inkişafı vacibdir. Sertifikasiyadan keçmiş müəllimlərin nəticələrinə əsaslanaraq, onların hansı sahələrdə təkmilləşdirilməyə ehtiyac duyduqları müəyyən edilə bilər və bu istiqamətdə məqsədli təlimlər təşkil olunar.

Müsahibimz deyib ki, sertifikasiya prosesi yalnız qiymətləndirmə ilə məhdudlaşmamalı, eyni zamanda dəstək və inkişaf yönümlü olmalıdır:

“Yəni məqsəd müəllimi “ələmək” yox, onu daha yaxşı müəllimə çevirmək olmalıdır. Həmçinin, proses şəffaf, motivasiyaedici və etik çərçivədə aparılmalıdır ki, müəllimlər bunu cəza yox, inkişaf imkanı kimi qəbul etsin”.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri