Icma.az
close
up
RU
Bağça yaşındakı uşaqların sadəcə 35 faizi bağçaya gedir Çıxış yolları AÇIQLANDI

Bağça yaşındakı uşaqların sadəcə 35 faizi bağçaya gedir Çıxış yolları AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda məktəbəqədər yaşlı uşaqların yalnız 35 faizə yaxını bu təhsil xidməti ilə əhatə olunub. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

"Son illərdə əhatəlilikdə xeyli irəliləyişlər olsa da, arzulanan səviyyədən uzağıq. Hazırda alternativ modellər üzərində işləyirik. Hədəfimiz 2026-cı ilə qədər bu rəqəmi 50%-ə çatdırmaqdır", - o qeyd edib.

Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların sayını artırmağın əsas yolu bütün dünyada istifadə olunan dövlət-özəl sektor əməkdaşlığıdır:

“Azərbaycanda artıq bu fəaliyyətə başlanıb. Bu ilin iyun ayında özəl bağçalar üçün qrant proqramı elan edildi. Həmin proqrama əsasən dövlət bağçalarında yer olmadıqda növbədə gözləyən uşaqlar özəl bağçalara yönləndiriləcək. Hazırda 650-dən çox uşaq layihə çərçivəsində özəl bağçalara yerləşdirilib. Hazırda ən uyğun variant budur. Amma Azərbaycanda özəl uşaq bağçalarının çox olmaması bu saya ciddi təsir edə bilməməsinə səbəb olur. Toplamda 148 özəl uşaq bağçası var və onların əksəriyyəti Bakıda yerləşir. Bundan başqa da onların əksəriyyəti özləri fəaliyyət göstərdikləri üçün dövlət tərəfindən yönləndirilən uşaqlara ehtiyac duymur. Dolayısıyla dövlət özəl uşaq bağçalarının açılmasını təşviq etməlidir. Özəl bağçaları çoxalmalıdır ki, dövlət oraya uşaq göndərə bilsinlər.Özəl bağçaların sayı artmasa, dövlət proqramı genişləndirsə belə, istədiyi nəticəni əldə edə bilməyəcək. İlkin mərhələ üçün 1500 uşağın özəl bağçalara göndərilməsi nəzərdə tutulmuşdu. 100 uşaqlı bağçada 80 yer dövlətə verilsə, təqribən 20 uşaq bağçası edir. Gələn bu say 5000 nəzərdə tutulub, bu isə təqribən 55 bağça edir ki, real deyil. Çünki həmin bağçalar hazırda işləyir, çoxunda yerlər doludur. Dövlət hazırda yeni bağçaların açılması üçün özəl bağçaları dəstəkləməlidir. Bu bağçaların xüsusilə regionlarda açılması üçün şərait yaradılmalıdır. Burada problem mövcuddur, bunu yəqin ki, Elm və Təhsil Nazirliyi nəzərə alacaq, yeni bağçaların açılması üçün lisenziya şərtlərini yüngülləşdirəcək və sahibkarları təşviq edəcək”.

O qeyd edib ki, məktəbəqədər yaşda olan uşaqların təhsilini genişləndirmək üçün ikinci model ailə tipli təlim qruplarıdır:

“Bu model Azərbaycanda indiyə qədər tətbiq olunmayıb. 2017-ci ildən Məktəbəqədər Təhsil Haqqında Qanunda bu var. Hətta bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Amma indiyə qədər icra olunmayıb. Burada məktəbəqədər təhsi üzrə təhsili olan müəllim yaxınlığında olan 5-6 uşaqla öz evində məşğul olur. Ailə tipli təlim qrupları çox unikal layihədir. İcmalarda bunun həyata keçirilməsi çox rahatdır. Sadəcə olaraq burada müəllim öz evini Elm və Təhsil Nazirliyinin standartlarına uyğunlaşdırmalıdır. Əgər normativlər qəbul edilsə, prosedurlar müəyyən olunsa, düşünürəm ki, yaxın günlərdə bununla bağlı elanlar verilə bilər. Bu xüsusilə kənd yerlərində fayda verə bilər. Çünki kəndlərdə bağça açmaq çətindir, amma ehtiyacı olan 5-10 uşaq üçün ailə tipli təlim qrupları təşkil etmək mümkündür.

Rasif Dünyamalıyevin sözlərinə görə, hazırda məktəblərdə təşkil olunan icma əsaslı məktəbəqədər təlim qruplarında 20-dən artıq uşaq prosesə cəlb olunub:

“Bu qruplar da öz effektini verir. Düşünürəm ki, bu qrupların da fəaliyyəti genişləndirilsə yaxşı olar. Xüsusən qəsəbələrdə işləməyən analar üçün bu şərait daha uyğundur. Qeyd etdiyim 3 vasitə ilə ciddi şəkildə irəliləyiş etmək olar. Bunlardan ən əsası uşaq bağçalarının artırılmasıdır. Çünki qadınlar işləmək istəyir, onlar əmək bazarı üçün potensial işçi qüvvəsidir. Onlar ya evdə qalmağa, ya da uşaqlarını dayələrə, nənə-babalara verməyə məcbur qalırlar. Azərbaycanda bağçalar sırf məktəbəqədər təhsillə məşğul olur. Amma uşaqlara qayğı göstərən mərkəzlər yoxdur. Düşünürəm ki, bunları bu tipli mərkəzlərə çevirə bilərik. Minimum şərtlərlə və kiçik saylarla bunu böyük şəhərlərdən kənarda həyata keçirmək mümkündür. Bunların vasitəsilə göstəriciləri 50%-ə çatdırmaq olar. Amma bu proses sürət tələb edir, prosedurlar zaman apardığı üçün təmin etmək çətinləşir. Dediyimiz layihələri icra edən operativ mərkəzin olmasına ehtiyac var. Yoxsa biz prosedurlarla gedəsi olsaq, bu real deyil. Tender və s yollarla il ərzində 50 uşaq bağçası açmaq mümkün deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri