Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki, tədris prosesi yaxşı keçsə də, insident onları narahat edib.
“Videonun bu şəkildə yayılması və oğlumun da həmin görüntülərdə yer almasına görə açıqlama istəyirik. Biz hamımız uşaqlarımızı bağçadan çıxara bilərik, amma bağça tapmağın özü də problemdir və çətin məsələdir. Buraya ödəniş də etmişik. İstəmərik ki, bağça bağlansın, amma müəllimlər dəyişdirilsə, daha yaxşı olar”, - Ə.Nağıyeva qeyd edib.
Bağçanın əməkdaşı Məleykə Kərimova isə deyib ki, sosial şəbəkədə yayılmış xoşagəlməz hal ilə bağlı tədbir görülüb: “Məsul şəxs işdən azad edilib və polis tərəfindən məsələ araşdırılır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə ilə əlaqədar sözügedən bağçanın əməkdaşı polis idarəsinə dəvət edilərək onunla profilaktik söhbət aparılıb.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 May 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















