Icma.az
close
up
RU
“Bağçalarda uşaqların qida rasionu balanslı və yaşlarına uyğun olmalıdır” Ekspert

“Bağçalarda uşaqların qida rasionu balanslı və yaşlarına uyğun olmalıdır” Ekspert

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bağçalarda uşaqların qidalanması onların fiziki inkişafı, sağlamlığı və gələcək qida vərdişlərinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida mütəxəssisi, "Refresh Group" MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov bildirdi ki, menyu balanslı, müxtəlif və uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə tərtib edilməlidir:

"Qida rasionu həm gündəlik enerji, vitamin və mineral tələbatını ödəməli, həm də gigiyena və təhlükəsizlik standartlarına tam cavab verməlidir. Uşaqların gündəlik rasionunda zülal (ət, balıq, yumurta, paxlalılar), karbohidrat (taxıllar, çörək, makaron), sağlam yağlar (bitki yağları, süd məhsulları) və lif (tərəvəz, meyvə) mütləq yer almalıdır. Məktəbəqədər yaş dövründə uşaqların yüksək enerjiyə ehtiyacı olduğundan, onların gündəlik enerjisinin təxminən 50 faizi sağlam yağ mənbələrindən təmin edilməlidir. Menyuda kalsium (süd məhsulları), dəmir (ət, paxlalılar) və C vitamini (təzə meyvə-tərəvəz) kimi əsas qida maddələri də nəzərə alınmalıdır. Həftəlik menyular hazırlanarkən eyni yeməklərin təkrarlanmasından qaçmaq, uşaqlara müxtəlif dad və teksturaları tanıtmaq tövsiyə olunur".

Onun sözlərinə görə, bağçalarda səhər yeməyi adətən süd məhsulları (qatıq, pendir), yumurta, tam taxıllı çörək və meyvələrdən ibarət olur:

"Ara yeməklərdə mövsümi meyvələr, qoz-fındıq (allergiya riski nəzərə alınmaqla), təbii şirələr və ya kompot verilməlidir. Nahar vaxtı menyuda ət və ya balıq yeməyi, tərəvəz qarniri, şorba və taxıl məhsulları yer almalıdır. Uşaqlar bağçada axşama qədər qalırsa, şam yeməyi yüngül qidalardan kəsmik, tərəvəz salatı və ya sıyıqdan ibarət olmalıdır. Tərbiyəçilər uşaqlara sağlam qidalanmanın faydalarını sadə və anlaşılan şəkildə izah etməlidirlər. Məsələn, “yarmalar sizi güclü edir”, “kök gözləriniz üçün faydalıdır” kimi ifadələr uşaqlarda maraq yaradır. Yeməklərin hazırlanması və saxlanması sanitar normalara uyğun aparılmalı, allergen məhsullar barədə valideynlərə öncədən məlumat verilməlidir".

Müsahibimiz əlavə etdi ki, Azərbaycanda bağçalarda qidalanma prosesi “103” və “171” saylı normativ sənədlərlə tənzimlənir:

"Dövlət bağçalarında menyular bu qaydalara əsasən hazırlanır, lakin ekspertlərin fikrincə, bəzi özəl bağçalarda nəzarət mexanizmi yetərincə güclü deyil. Menyular həftəlik təsdiqlənir və bütün uşaqlar üçün eyni standartlara uyğun tətbiq olunur. Bağçalarda uşaqların qida rasionu yalnız doyurucu deyil, həm də təlim-tərbiyəvi xarakter daşımalıdır. Uşaqlar təkcə sağlam qidalanmamalı, həm də düzgün qida vərdişlərini öyrənməlidirlər".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri