Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bağlı sərhədlər, Bakının tıxac problemi və... Deputatlardan ETİRAZ

Bağlı sərhədlər, Bakının tıxac problemi və... Deputatlardan ETİRAZ

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin iclasında 9 məsələ müzakirə olunub: “Ölkəmizə quru sərhədlərini açması üçün təzyiq göstərilir”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar gündəliyə daxil olan 9 məsələni müzakirə ediblər. Əvvəlcə millət vəkilləri cari məsələlərlə bağlı fikirlərini bildiriblər.

Deputat Zahid Oruc çıxışında bağlı sərhədlər məsələsinə toxunub: “Unutmayaq ki, 44 günlük Vətən müharibəsi zamanı sərhədlərdə tətbiq edilən xüsusi rejim və məhdudiyyətlər qələbəmizdə həlledici rol oynadı. Məhz həmin tədbirlər kənar hərbi müdaxilələrin yolunu kəsdi, silah və canlı qüvvə axınının qarşısını aldı, arxa cəbhədə sabitliyi təmin etdi. Qurtuluş savaşımızda 500 kilometrdən çox dövlət sərhədi işğaldan azad edildi. Bir vaxtlar ölkəmizin sərhədlərinin pozulmasına susanlar, müharibə zamanı nəzarətsiz ərazilərdən Qarabağa silah və yanacaq daşıyanlar, 1990-cı illərdə yüz minlərlə evi, mülkü talan edib Araz üzərindən satanlar indi Azərbaycandan tam açıq sərhəd tələb edirlər”.

“Rusiya və İranda yaşayan soydaşlarımız təzyiqlərə məruz qalır”

“Sərhədləri açıq olan Gürcüstan və Ermənistanla Azərbaycan fərqli mövqelərdədirlər. Sual veririk: ÜDM-in 10 faizi turizmdən formalaşan ölkələrin təhlükəsizlik reallığı Azərbaycanla eynidirmi? Xeyr. Çünki biz torpaqlarımızı azad etmişik, lakin müharibə başa çatsa da təhlükəsizlik riskləri avtomatik yoxa çıxmayıb”, - deyə millət vəkili əlavə edib.

Deputat vurğulayıb ki, “Rusiya və İranda yaşayan soydaşlarımız təzyiqlərə məruz qalır”.

“Daha iki qonşu dövlət soydaşlarımıza basqı eləyərək, şimalda onları mütəşəkkil cinayətkar dəstə, cənubda isə azərbaycanlıları humanitar təsir silahına çevirərək, ölkəmizə sərhədləri açması üçün informativ-siyasi təzyiq göstərirlər. Azərbaycan isə kvotalara məcbur deyil. Sərhədləri azad edən dövlət risklər azaldıqca məhdudiyyətləri də ləğv edəcəyinə inanır” – Z.Oruc bildirib.

“İnsanlar bəzən işə çatmaq üçün 2 saat əvvəl evdən çıxmalı, eyni müddətdə də evə qayıtmalıdır”

Deputat Fazil Mustafa isə Bakıdakı tıxac problemini gündəmə gətirib: “Son günlərdə yayımlanan bir reportajda bir dövlət qulluqçusu belə demişdi: “8 saat rəsmi işdə, 4 saat isə tıxacda vaxt keçirirəm”. Bu, təkcə fərdi narahatlıq deyil, ümumilikdə iş məhsuldarlığına və həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi problemdir. İnsanlar bəzən işə çatmaq üçün 2 saat əvvəl evdən çıxmalı, eyni müddətdə də evə qayıtmalıdır. Təklif edirəm ki, əgər vətəndaşın iş yerinə çatmaq üçün yolda sərf etdiyi vaxt 2 saatı keçirsə, ona işdən 1 saat əvvəl çıxmaq imkanı verilsin. Bu yanaşma vətəndaşın işə daha enerjili gəlməsinə, keyfiyyətli xidmət göstərməsinə və ümumilikdə dövlət sektorunda məhsuldarlığın artmasına səbəb olacaq”.

“Bəli, tıxac probleminin birdən-birə tam həlli real deyil. Amma avtobus hərəkətinin təkmilləşdirilməsi, marşrutların optimallaşdırılması və digər nəqliyyat tədbirləri ilə paralel olaraq, insanlara dəstək məqsədilə dövlət qurumlarında çalışanların vəziyyətini yüngülləşdirəcək addımlar atılmalıdır”, - F.Mustafa qeyd edib.

“Xəstəxanalarda mənzərə heç də ürəkaçan deyil”

“Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. “Mygov” platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda “mygov ID” funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır. Bundan əlavə, “İcazələrin idarə edilməsi” funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda, yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb”. Bu sözləri isə deputat Naqif Həmzəyev səsləndirib.

Millət vəkili bildirib ki, rəqəmsal hökumət və xidmətlərin təşkili həyatımızı asanlaşdırıb: “İnanıram ki, 2026 - cı ildə rəqəmsal hökümət xidmətləri daha da genişlənəcək. Ümid edirəm ki, növbəti illərdə rəqəmsal sənəd dövriyyəsinə çıxış imkanları artırılacaq. Bununla kağıza, çap, poçt xərcələrinə və ən əsas vaxta xeyli qənaət etmiş olacağıq. Həmçinin qeyd edim ki, ASAN xidmətin fəaliyyəti və xüsusilədə elektron növbə sistemi uzun illərdir ki, nöqsansız işləyir. Amma, bəzi qurumlar fərqli növbə sistemləri tətbiq edərək vətəndaşların problemlə üzləşməsinə səbəb olurlar. Özümüzdə tətbiq olunan və uğur qazanan rəqəmsal həllərə üstünlük versək daha yaxşı olar”.

“Xəstəxana və poliklinikalarda da elektron növbə sistemlərinin tətbiqi gecikir. Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil. “Mygov” platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəsisələrində  növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, adiyyatı qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar”, - N.Həmzəyev yekunlaşdırıb.

Deputatdan qanuna etiraz: “Bu cihazlar siqaret deyil”

Bundan sonra deputatlar gündəlikdə olan qanun layihələrinin müzakirəsinə başlayıblar. Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib ki, “qanunda “tütün məmulatları” anlayışının tərkibində “elektron siqaretlər” və “qızdırılan tütün məhsulları” birgə təqdim” olunub: “Halbuki həm dünya praktikasında, həm də Azərbaycanda qəbul olunmuş milli standartlara əsasən, bu iki məhsul texniki və funksional cəhətdən fərqli kateqoriyalara aiddirlər. Bu səbəbdən, qanun layihəsinin istifadə olunan “qızdırılan tütün məmulatları” ifadəsində “tütün məmulatları” sözü çıxarılmalıdır. Çünki “qızdırılan tütün məhsulu” artıq özlüyündə ayrıca bir anlayışdır və texniki standartlara görə “qızdırıcı cihaz” vasitəsilə istifadə olunur. Bu cihazlar adi tütün məhsullarından fərqli olaraq, siqaret deyil və ayrıca hüquqi tənzimləməyə ehtiyac duyur”.

“Əlinə qələm alan kimi deputdan yazıb məşhurlaşmaq əhval-ruhiyyəsinə düşənlərlə bağlı tədbir görülməldir”

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib ki, “bu qanunda nəzərdə tutulan müddəaların daha da gücləndirilməsinə, eyni zamanda, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müvafiq maddələrin də sərtləşdirilməsinə” ehtiyac var: “Xüsusilə insanların psixologiyasına, şəxsiyyətinə və ləyaqətinə toxunan ifadələrin qarşısını almaq üçün hüquqi mexanizmlər daha da gücləndirilməlidir. Bu, xaricdə oturaraq Azərbaycan dövlətinə, ordusuna, suverenliyinə, Konstitusiya quruluşuna qarşı fəaliyyət göstərən şəxslərlə bağlı məsələdir. Bu şəxslər müəyyən məqsədlərlə xarici ölkələrə sığınıb, məsuliyyətsiz və cəzasız şəkildə cəmiyyətimizə qarşı mənəvi terror həyata keçirirlər. Dünya praktikasında belə hallara qarşı sərt hüquqi mexanizmlər var”.

“Cinayət Məcəlləsində bu cür hallara qarşı ən ağır cəzalar nəzərdə tutulmalıdır. Hesab edirəm ki, aidiyyəti prokurorluq orqanları bu şəxslərlə bağlı hüquqi tədbirlər həyata keçirməli, həmin şəxslər mümkün olduqda ölkəyə gətirilib qanun qarşısında cavab verməlidirlər. Bu cür təhqir və böhtan kampaniyalarına qarşı ictimai birliyimiz və həmrəyliyimiz gücləndirilməlidir. Əgər biz birlikdə reaksiya versək, bu halların qarşısı alınar. İnsanlar bəzən qorxur ki, danışsam, məni də təhqir edəcəklər. Amma cəmiyyət hər şeyi görür, qiymətləndirir. Unutmayaq ki, o təhqiramiz ifadələri yazan şəxsləri onların ailə üzvləri – övladları, bacıları, valideynləri də izləyir. Bu, nəinki hədəfə alınan insanlara, həm də özlərinə qarşı mənəvi təhqirdir”, - S.Novruzov vurğulayıb.

“Bu gün əlinə qələm alan kimi Milli Məclisin deputatından yazıb məşhurlaşmaq əhval-ruhiyyəsinə düşənlərlə bağlı tədbir görülməldir ki, onlar yolundan azmasınlar, düzgün tərbiyə olunsunlar”, – deputat əlavə edib.

İclasda digər qanun layihələri də müzakirə olunub. Qanunlara əlavə və dəyişikliklər qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri