Icma.az
close
up
RU
Bahalı dərmanlar və yarımçıq qalan müalicə

Bahalı dərmanlar və yarımçıq qalan müalicə

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar Azərbaycanda dərman istehsalı və tibbi sığorta sahəsindəki yeniliklər vətəndaşlar arasında dərmanların əlçatanlığı, qiymətlərin ucuzlaşması ilə bağlı gözləntini artırır.

Hökməli qəsəbəsində istifadəyə verilən “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin yeni dərman istehsalı müəssisəsi ölkədə yerli əczaçılığın inkişafına mühüm təkan kimi dəyərləndirilir. 

Açılışdan sonra müəssisədə ildə 800 milyonadək tablet və kapsul istehsalı planlaşdırılır. Məhsullar həm daxili bazara çıxarılacaq, həm də ixrac olunacaq. Layihə çərçivəsində 120 iş yeri yaradılıb. 

Həmçinin, Azərbaycanda ambulator müalicə zamanı bəzi reseptlə verilən dərman vasitələrinin sığorta hesabına mərhələli şəkildə ödənilməsi planlaşdırılır. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında məlumat verib. 

O bildirib ki, layihə hazırda aidiyyəti qurumlara təqdim olunub: 

“İlk ildə ürək-damar sistemi xəstəlikləri, ikinci ildə həzm sistemi, sonrakı ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi nəzərdə tutulur.  Vətəndaşların dərmanlarla təminatı məqsədilə apteklərlə müqavilələr bağlanacaq. Həmçinin, ambulator müalicədə sığorta ilə ödəniləcək dərmanların “pozitiv siyahısı” hazırlanacaq. Qeyd etdiyim bütün bu tədbirlər layihə şəklindədir və rəy və təklifləri toplamaq üçün aidiyyəti qurumlara təqdim olunacaq”.

 Azərbaycanda həm yeni dərman istehsalı müəssisələrinin açılması, həm də icbari tibbi sığorta qaydalarındakı dəyişikliklər dərmanların daha əlçatan olacağına ümid yaradır. Bu addımlar dərman qiymətlərinin ucuzlaşmasına və daha çox preparatın sığorta paketinə daxil edilməsinə şərait yarada bilər. 

Çünki hazırda bir çox vətəndaş icbari tibbi sığortadan faydalanaraq həkimə getsə belə, dərman almağa imkan tapmır və nəticədə müalicə yarımçıq qalır. Bu isə ən çox dərmanların bahalığı ilə bağlıdır. 

Yerli istehsal artdıqda xaricdən asılılıq nə qədər azala bilər? Bu, qiymətlərə və təminata necə təsir edir? 

İcbari tibbi sığorta qaydalarındakı dəyişikliklər dərman bazarına necə təsir edəcək? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı- ekspert Akif Nəsirli bildirib ki, yeni müəssisələr daxili tələbatı ödədikcə, idxal dərmanlarına olan ehtiyac azalır: 

“Yerli dərman istehsalının artması xaricdən asılılığı azalda və daxili bazarda dərmanların təminatını gücləndirə bilər. Yeni müəssisələr daxili tələbatı ödədikcə, idxal dərmanlarına olan ehtiyac azalır. Yerli istehsal xərcləri adətən idxal dərmanlarından aşağı olduğundan, bu, dərmanların qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Eyni zamanda, daxili istehsal bazarda stabilliyi artırır və geopolitik risklərdən, valyuta dalğalanmalarından asılılığı azaldır”. 

Ekspert bildirib ki, dərman preparatlarının qiyməti aşağı düşə bilər:

“İcbari tibbi sığorta qaydalarındakı dəyişikliklər dərmanların əlçatanlığını artırır. Daha çox preparat sığorta paketinə daxil edilərsə, vətəndaşlar onları daha rahat ala biləcək. 

Sığorta şirkətləri dərmanları toplu alaraq həcm endirimləri əldə edər və bazarda rəqabəti artırar, nəticədə qiymətlər aşağı düşə bilər. Bu, həmçinin yerli istehsalçılara stimul verir, satışları artır və xarici dərmanlara asılılığı daha da azaldır. Nəticədə dərmanların əlçatanlığı yüksəlir, müalicə yarımçıq qalmır və əczaçılıq sektorunun gəlirləri sabitləşir”.

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: dərmanlar müalicə Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri