Bahalı və az miqdarda içilən alkoqol da orqanizm üçün təhlükəlidir
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yüksək keyfiyyətli alkoqol az miqdarda qəbul edildikdə belə sağlamlıq üçün təhlükəlidir, zəif spirtli içkilər isə daha çox miqdarda istehlak olunduğu üçün bəzən daha zərərli ola bilər. \
Redaktor.az xəbər verir ki, bu barədə lenta.ru-ya psixiatr-narkoloq, psixiatriya və narkologiya klinikasının rəhbəri Ruslan İsayev məlumat verib.
Onun sözlərinə görə, bu, ən təhlükəli miflərdən biridir. “Alkoqolun bahalı və ya ucuz olmasından asılı olmayaraq, o, sübut olunmuş toksik və kanserogen təsiri olan psixoaktiv maddədir. Bahalı içkilər tərkibindəki sivuş yağlarının daha yaxşı təmizlənməsi səbəbindən ağır sərxoşluq və ya sərt başağrısı daha az yarada bilər, lakin əsas təsiredici maddə - etanol - istənilən halda beyin hüceyrələrinə, qaraciyərə, ürək-damar və sinir sisteminə eyni dərəcədə zərər verir”, deyə İsayev bildirib.
Mütəxəssis əlavə edib ki, alkoqolun az miqdarda sağlamlığa faydalı olması barədə nəzəriyyə artıq təkzib olunub.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Oktyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















