Bahar Muradova Faiq Ağayevə tərif yağdırdı Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xalq artisti Faiq Ağayev barədə fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, sənətçi haqda yazan AQUPDK-nın sədri onun düşüncə dünyasını bəyəndiyini açıqlayıb:
"1 Aztv"yə baxıram, verilişin qonağı Faiq Ağayevdir. Bunu hər zaman düşünmüşəm, amma indi söyləmək istəyirəm. Mənə görə Xalq artistimizin düşüncə dünyası musiqi aləmi ilə həmahəng və eyni qaydada zəngindir.
Ruh halı, mükəmməl həyat fəlsəfəsi və möhkəm iradəyə söykənən daxili məni və istənilən mövzu ətrafında özünü büruzə verən vətəndaş məsuliyyəti ilə hər zaman diqqətimi çəkən hörmətli Faiq Ağayevə davamlı yaradıcılıq uğurları arzulayıram! Xədicə xanımın timsalında doğma AZtv-yə gözəl verilişə görə təşəkkür edirəm!".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 25 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















