Bahodirjon Sidikov: SOCAR ilə əməkdaşlıq “Uzbekneftqaz”ın beynəlxalq layihələrini sürətləndirəcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 2 oktyabr, AZƏRTAC
SOCAR şirkətinin müxtəlif formatlarda iri beynəlxalq şirkətlərlə iş təcrübəsi var ki, bunlar hələ Özbəkistanda mövcud deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə “Uzbekneftqaz” SC-nin İdarə Heyətinin sədri Bahodirjon Sidikov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, “Uzbekneftqaz” hazırda üçüncü ölkə bazarlarına çıxmaq niyyətindədir.
“Artıq danışıqlar apardığımız SOCAR şirkətinin təcrübəsi xaricdə planlaşdırdığımız layihələri daha tez və uğurla həyata keçirməyimizə kömək edəcək”, - deyə o bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

SOCAR ın prezidenti CC7 nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarını MÜZAKİRƏ ETDİ FOTO
22 Avqust 2025 04:52
SOCAR ın prezidenti OPEC beynəlxalq seminarında
10 İyul 2025 13:16
SOCAR Yaponiya şirkəti ilə əməkdaşlıq edəcək
05 Dekabr 2024 14:13
COP29 Sammiti: Beynəlxalq əməkdaşlıq və “yaşıl inkişaf”ın təşviqi
18 Noyabr 2024 17:31
“SOCAR”ın şirkəti bölündü
17 Mart 2025 14:54

