Icma.az
close
up
RU
“Bakcell” “11 ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır Fotolar

“Bakcell” “11 ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnnovasiya və sürət lideri “Bakcell” Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır.

AGP Azərbaycan tərəfindən 8–12 avqust tarixlərində təşkil edilən “Milli Seçim Konfransı” Azərbaycanın müxtəlif bölgələrindən və Avropa ölkələrindən olan fəal gəncləri bir araya gətirir. İştirakçılar tədbirlərdə və debatlarda rəqəmsal dövrün aktual mövzuları üzrə fikir mübadiləsi aparır və beynəlxalq sessiyalarda ölkəni təmsil etmək şansı qazanırlar.

Tədbirin açılış mərasimində “Bakcell”in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova gəncləri salamlayaraq bildirib ki, rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə innovasiyalar bir sıra fəaliyyət istiqamətlərində inkişaf imkanları yaradır. O, innovasiya mövzusuna əsaslanan bu cür görüşlərin gənclərin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə “Bakcell”in məhsul üzrə eksperti Rüfət Quliyevin təqdimatında “Süni intellekt və innovasiya” mövzusunda interaktiv sessiya keçirilib. Təlimin əsas məqsədi gənclərin rəqəmsal savadlılığını artırmaq, onları texnologiya və süni intellektdə ən son trendlərlə tanış etmək, həmçinin bu sahələrin gələcək imkanlarına dair düşüncələrinin formalaşdırılmasına dəstək olmaqdır. Sessiya zamanı innovasiyaların gündəlik həyata təsiri müzakirə olunub, iştirakçılar interaktiv tapşırıqlar vasitəsilə yaradıcı və innovativ ideyalarını nümayiş etdirmək imkanı əldə ediblər. “Bakcell” bu təşəbbüslə korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını davamlı olaraq icra edir və cəmiyyətin dayanıqlı gələcəyinə öz töhfəsini verir. Şirkət gənclərin bilik və bacarıqlarının artırılmasına, innovativ düşüncə və liderlik potensialının təkmilləşdirilməsinə yönəlmiş sosial layihələri daim prioritet hesab edir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri