Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.
Teleqraf.com-un əldə etdiyi məlumta görə, Siyavuş Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından vəfat edib.
Xatırladaq ki. Siyavuş Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib.
2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

