Bakı Atatürk Mərkəzində Nəriman Nərimanovun anadan olmasının 155 illiyi qeyd olundu FOTO
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Görkəmli dövlət xadimi, yazıçı, publisist, maarifçi, dramaturq, həkim, Azərbaycan SSR-in qurucusu və ilk rəhbəri Nəriman Nərimanovun anadan olmasının 155 illiyi ilə əlaqədar Bakı Atatürk Mərkəzində tədbir keçirildi. Tədbirdə mərhum dövlət xadiminin həyatı, yaradıcılığı və mübarizəsiylə bağlı ziyallılarımızın, o cümlədən tarixçi-alim Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova, dövlət xadimi, sabiq xarici işlər naziri Həsən Həsənov, fizika-riyaziyyat elmləri doktoru, yazıçı, publisist, şair Hamlet İsaxanlı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, həkim-valioloq İbrahim Əsədli və digərləri çıxışlar ediblər. Çıxışçılar Nərimanovun həm ictimai-siyasi, həm ədəbi, həm də həkimlik fəaliyyəti haqda danışıb, böyük şəxsiyyətimizin həyat yoluna işıq tutublar. Tədbirdə Nərimanov haqda kitablar və xatirə döş nişanları paylanıb.
Elçin

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















