Icma.az
close
up
RU
Bakı Bəyanatında yer alan mühüm çağırışlar...

Bakı Bəyanatında yer alan mühüm çağırışlar...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliklər

Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib.

Beynəlxalq elmi konfransın əhəmiyyəti...

Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakı şəhərində “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.

Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri iştirak ediblər. Bu konfrans əvvəlki konfranslardan bir neçə cəhətdən fərqlənib. Xüsusilə də, əcnəbi qonaqların müstəmləkəçiliyin acınacaqlı vəziyyətinə elmi yanaşması və bu məsələni beynəlxalq təşkilatlar prizmasından dəyərləndirməsi baxımından diqqəti çəlb edib.

Konfransda müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında  təhlil olunub. Tədbirdə beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları və s. müzakirə edilib.

Bakı Bəyanatında nələr əks olunub?

Yeri gəlmişkən, “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib. Konfransında iştirak edən alimlər, o cümlədən akademiklər insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliyini elmi təşəbbüs və yanaşmalar vasitəsilə bir daha bəyan ediblər. “Biz kolonializmin müasir cəmiyyətlərdə davam edən irsini nəzərə alaraq, onun ideoloji, siyasi, sosial, mədəni və iqtisadi təsirləri barəsində davamlı şəkildə elmi səviyyədə araşdırmanın vacibliyini qəbul edir və kolonializm anlayışının doğru dərk olunması, dialoqun təşviqi, insan ləyaqətinə və xalqların dekolonizasiya hüququna hörmətin inkişaf etdirilməsində elmi-tədqiqat və təhsilin həlledici rolunu vurğulayırıq. Biz kolonial hakimiyyətin tarixi prosesləri və quruluşlarının qitələrdə dərin, çoxşaxəli təsirlər yaratdığını, lakin bunların çoxunun hələ tam şəkildə həll olunmadığını qəbul edirik. Müxtəlif elmi sahələri, regionları və intellektual ənənələri təmsil edən alimlər olaraq, kolonial irsin tədqiqi zamanı bərabərlik, sülh və doğru səlahiyyətlərin verilməsi istiqamətində fənlərarası əməkdaşlığın və müstəqil araşdırmanın vacibliyini təsdiq edirik”,-deyə bəyanatda vurğulanıb.

Yeni platforma yaradılır

Bildirilib ki, BMT-nin Afrikamənşəli xalqlar üzrə Daimi Forumu və Afrikaəsilli xalqlar üzrə Ekspertlər Qrupunun təşəbbüsü ilə yaradılmış Afrikamənşəli xalqların tədqiqi üzrə Qlobal Şəbəkənin fəaliyyəti yüksək qiymətləndirilir. Bu şəbəkə tədqiqatçılar, hüquq mütəxəssisləri, siyasi ekspertlər, təhsil işçiləri, akademik institutlar, məktəblər və universitetlər arasında əlaqə yaratmaqla, BMT-nin irqçiliklə mübarizə mexanizmlərinə, üzv dövlətlərə, BMT agentliklərinə, vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə və ictimaiyyətə dəstək göstərməyi hədəfləyir. Bundan əlavə, konfrans iştirakçıları elmi araşdırmalardan tarixən kənarda qalmış icmaların dekolonizasiya və insan hüquqları mövzusundakı müzakirələrə cəlb edildiyi inklüziv elmi platformaların yaradılmasının vacibliyini bir daha vurğulayıblar. Bu yolla sistemli şəkildə ədalətsizliklərin aradan qaldırılmasına və intellektual plüralizmin təşviqinə yönəlmiş qlobal səylərə töhfə vermək istəyi ifadə olunub. Bu yanaşmanı rəhbər tutaraq və hər hansı hüquqi öhdəlik yaratmadan, dekolonizasiya və təzminat məsələlərinə dair gələcək elmi əməkdaşlıq təşəbbüsləri dəstəklənib və bu istiqamətə töhfə vermək niyyəti açıq şəkildə bəyan edilib.

“Bu məqsədlə biz beynəlxalq elmi həmrəyliyi gücləndirmək, tədqiqatçılar arasında əməkdaşlığı genişləndirmək, gənc alimləri dəstəkləmək və dekolonizasiya mövzusunda bilik mübadiləsinə şərait yaratmaq məqsədilə Dekolonizasiya üzrə Beynəlxalq Tədqiqat və Bilik Platformasının yaradılmasında ortaq niyyətimizi bildiririk. Biz beynəlxalq təşkilatları, hökumətlərarası qurumları, regional institutları və vətəndaş cəmiyyəti nümayəndələrini bu platformaya dəstək verməyə çağırırıq. Belə bir dəstək, sistemli şəkildə ədalətsizliklərin aradan qaldırılması, təzminatların verilməsi, dayanıqlı inkişaf və dekolonizasiyaya nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edəcək”,-deyə Bakı Bəyanatında vurğulanıb.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri