Bakı birinciliyinin qalibi: Çəkilən əziyyətin bəhrəsini görmək çox gözəl duyğudur AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 7 dekabr, AZƏRTAC
"Məqsədim bütün turnirlərdə həmişə qızıl medal qazanmaq olub. Bu gün də bunu bacardığım üçün özümlə fəxr edirəm. Çəkilən əziyyətin bəhrəsini görmək çox gözəl duyğudur".
Bu sözləri AZƏRTAC-a açıqlamasında gimnastikanın tamblinq növü üzrə 20-ci ölkə birinciliyi və Bakı çempionatında birinci yeri tutan Azərbaycan millisinin üzvü Aleksey Karataşov deyib.
Gənclər kateqoriyasında çıxış edən idmançı yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib: "Məşqçilərimiz bizi yarışa ən yaxşı şəkildə hazırladılar. Ona görə də turnir mənə görə əla keçdi. Çıxışımdan da razı qaldım. Bu gün müxtəlif elementlər nümayiş etdirdim. Heç birində ciddi səhvə yol vermədim. Nəticədə fəxri kürsünün ən yüksək pilləsinə qalxdım".
A.Karataşov növbəti hədəfinin gələn il keçiriləcək Dünya Kubokunda ilk növbədə finala yüksəlmək olduğunu söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Dekabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















