“Çəkdiyim zəhmətin, əziyyətin qarşılığı olsaydı çox yaxşı olardı” ÖZƏL
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu gün mənim ad günümdür, amma təbrikləri dünəndən alıram, qəbul edirəm. Bu təbriklər gün ərzində də davam edəcək. Həddindən artıq çoxdur. Sözsüz ki, bir gün ayırıb onların təbriklərini cavablandıracam. Amma indi sizin vasitənizlə əzizlərimə, doğmalarıma, çox dəyərli həmkarlarıma, qədirbilən tamaşaçılara minnətdarlığımı bildirirəm. Sağ olsunlar, onlara təşəkkür edirəm, hər şey qarşılıqlıdır”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova deyib. O daha sonra əlavə edib:
“Arzular heç vaxt bitmir. Yaşından, zamanından asılı omayaraq insanın ürəyində hansısa bir arzusu qalır. Əsas arzum ailəmizin var olmağı, balalarımın xoşbəxt olmasıdır. Bunun üçün əlimdən nə gəlirsə etmişəm, bundan sonra etməyə hazıram. Nə qədər ki, canımda can var. Teatrda rollar, kinoda obrazlar ifa etmək istəyirəm hələ də. Neçə illər ərzində teatra xidmət etmişəm, maraqlı obrazlar ifa etmişəm, istedadlı rejissorlarla işləmişəm, nəticədə çox gözəl tamaşaçı sevgisi qazanmışam. Bu danılmazdır. Mən bunu görürəm, hiss edirəm, onların sevgisi məni yaşadır. Belə bir teatr atmosferində işləyən aktrisanın mütləq diqqətə ehtiyacı var. Çəkdiyim zəhmət, teatra verdiyim illər var. Bunun bir qarşılığı olsaydı əlbəttə çox yaxşı olardı. Sözsüz ki, bu insanı yaşadır, stimul verir, ömrünü uzadır” deyə aktrisa bildirib.
Zemfira Əbdülsəmədova bildirib ki, tamaşaçılar onu efirdən tanıyıb seviblər:
“Tamaşaçılar məni ekrandan görüb sevdilər. İstər komik, istər dramatik, istər mənfi, istərsə də müsbət obrazlarla.. Mənfi obrazlarımı da sevdilər. çünki hər bir mənfi obrazımın haqq qazandırdığı tərəfləri var idi. Sonra teatra gəldilər. Mənə verdikləri çiçəklərdən, mənimlə qarşılaşdıqları an etdikləri söhbətdən mən onların məhəbbətini, etirafını duydum. Bu ünsiyyət məni tamaşaçı ilə daha da yaxınlaşdırdı. Bu mənə yaşamaq üçün böyük stimul verir. Mən bundan sonra da həm teatrda, həm filmdə, həm də serialda onlar üçün gözəl obrazlarımı yaratmaq üçün çalışacam” deyə sənətçi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















