Icma.az
close
up
RU
Bakı Brüssel münasibətləri, “soyuq müharibə”dən sıx əməkdaşlığa gedən yol Şərh

Bakı Brüssel münasibətləri, “soyuq müharibə”dən sıx əməkdaşlığa gedən yol Şərh

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“İrəvanla Bakı arasında  sülh sazişinin paraflanması və yekun sülhün əldə edilməsi ilə bağlı imzalanan sənədlərdən sonra  Azərbaycan nəinki bölgədə, ümüumiyyətlə qlobal müstəvidə yeni reallıq yaratmış oldu. Yeni reallıq isə regional və qlobal miqyasda sülhün, təhlükəsizliyin  təmin olunması və sıx əməkdaşlıq münasibətlərinin qurulması baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev  yeni reallığın  şərtlərinə və qarşısında duran çağırışlara  uyğun olaraq həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini müvəffəqiyyətlə reallaşdırmaqdadır. Çoxvektorlu xarici siyasət  diplomatiyasının əsas  parametri  bir-birinə rəqib olan tərəflər, güclər arasında tarazlı və praqmatik yanaşma tələb edir ki,  Azərbaycan da bunu uğurla həyata keçirməkdədir. Məhz bu uğurlu diplomatiyanın nəticəsidir ki,  Azərbaycan nüfuzlu beynəlxalq tərəfdaşlarla əlaqələrini daha da dərinləşdirməkdədir. Bu baxımdan  Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Avropa Azərbaycan arasında əlaqələr enerji, investisiya, ticarət, nəqliyyat, tranzit-yükdaşıma və  digər sahələrdə  uğurla inkişaf etməkdədir. Yüksək əməkdaşlıq münasibətlərinin qurulmaı nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu hər ötən il daha da artmaqdadır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
Deputat bildirib ki,  İrəvanla  Bakı arasında 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda imzalanan sülh sənədindən sonra Azərbayan-Aİ münasibətləri əvvəlki illərdən fərqli olaraq tamamilə yeni bir mərhələyə qədəm qoyub: “Azərbaycanla Ermənistan arasında sülh sənədi imzalanmayanadək bəzi Avropa ölkələri Azərbaycanla  “soyuq müharibə” şəraitində idisə,   artıq Vaşinqton anlaşmasından sonra münasibətlər tamamilə fərqli istiqamətdə inkişaf etməkdədir. İndi Aİ ölkələri   Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə can atırlar. Bu səbəbdən də  son bir neçə ayda Aİ-Azərbaycan əlaqələrinda  bir dinamiklik müşahidə olunmaqdadır. 
Biz bunu ən sonuncu Kopenhagendə keçirilən  “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə görüşündə də şahidi olduq.  Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev  Avropa liderləri və Aİ rəhbələri tərəfindən çox  yüksək səviyyədə qəbul edildi. Dünənədək Azərbaycana  sərin münasibət bəsləyən bəzi Avropa ölkələrinin liderlərinin özləri Prezident İlham Əliyevlə   görüşə cəhd edib çox səmimi şəkildə münasibətlər qurmağa çalışırdılar. Artıq onlar da  Azərbaycanın əhəmiyyətini və dünyada gedən proseslərdə rolunun artığını dərk edirlər. Bilirlər ki, Azərbaycansız Avropanın  nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiya regionu ilə sıx əməkdaşlıq əlaqələri qurmaq qeyri-mümkündür.
“Avropa Siyasi Birliyi”nin  təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platforma olduğunu nəzərə alsaq, o zaman Azərbaycanın Aİ üçün hansı əhəmiyyətə malik bir ölkə olduğunu anlamaq çətin deyil. Azərbaycanla sıx əməkdaşlıq qurulmadan Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək mümkün deyil. Ən azından Azərbaycanın  Avropa qitəsinin enerji təhlükəsizliyində oynadığı rola diqqət yetirmək kifayət edər. Bu gün Azərbaycan Avropaya təkcə neft deyil, eyni zamanda Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə də bu ixracın  əhatə dairəsi artırmaqdadır.  Boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. 
Onu da qeyd etmək lazımdır ki,  Azərbaycan həm də Avropanın qonşu regionu olan Yaxın Şərqin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atıb və atmaqdadır. Azərbaycan Avropa qitəsi ilə sərhd olan Suriyaya qaz ixrac etməklə bu ölkədə sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.
Azərbaycan fəaliyyətini bununla bitirmir. Avropanın enerji təhlükəsizliyinin  etibarlı şəkildə təmin olunması üçün enerji ixracının şaxələndiirlməsinə üstünlük verir və bu yöndə də ciddi addımlar atmaqdadır. Azərbaycan hazırda  Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Yəni yaşıln enerjiyə keçidlə Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək vermək niyyətindədir. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi əməkdaşlığı daha da gücləndirəcək.
Azərbaycan Avropanın Şərqlə daha sıx əlaqələrini təmin etmək üçün Orta Dəhlizin  imkanlarını daha da artırmaq  məqsədi ilə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində  ciddi səylər göstərir. İndiyədək görülən işlərin nəticəsində Azərbaycan üzərindən hər iki istiqamətdə nəqliyyat daşımalarının həcmi bir neçə dəfə artıq və   görülən işlər nəticəsində qarşıdakı illərdə bir neçə dəfə artacaq.
Azərbaycanın hədəfi  Orta Dəhlizi yaşıl  və çoxfunksiyalı bir  dəhlizə, bölgəsni isə  logistik mərkəzə çevriməkdir.  Bunun üçün də   Zəngəzur dəhlizinin açılmasına nail olmaqla Cənubi Qafqazda Orta Dəhlizin şaxələndirilməsinə və bütün region ölkələrinin bundan faydalanmasına çalışır. Çünki region ölkəsi olan Ermənistan uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində regional kommunikasiya və tranzit dəhlizlərindən kənarda qalıb. Zəngəzur dəhlizinin açılması isə Ermənistan həm Avropa, həm də Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Bu, mövcud ticarət yollarının diversifikasiyası deməkdir və Ermənistanın yalnız Gürcüstan və Rusiya vasitəsilə dünyaya bağlanmaq məcburiyyətini aradan qaldıracaq. Açıq kommunikasiya xətləri Ermənistanı regionda qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər. Nəticə etibarı ilə Ermənistana da enerji və kommunikasiya baxımından regional layihələrə qoşulmaq imkanı yaranacaq. Bu isə  Ermənistan üçün əlavə büdcə gəlirləri deməkdir. 
Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın çoxqütblü dünya nizamında regional və orta güc  rolunda çıxış etməsinə imkanlar açacaq. Artıq Azərbaycan  qlobal güclərlə yanaşı, öz regionlarında sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfələr verən, həmçinin qlobal gündəliyə təsir imkanına malik olan ölkələr də beynəlxalq münasibətlərin qurucularına çevrilir. Azərbaycan da bu yeni reallıqda özünü müstəqil siyasət yürüdən, güclü milli iradəyə və strateji baxışa malik regional və orta güc kimi təsdiqləyib”.
Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see195

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see162

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see155

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see136

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri