Icma.az
close
up
RU
Bakı Brüssel xəttində KRİTİK GÖRÜŞ Lyayenin səfərinin PƏRDƏARXASI

Bakı Brüssel xəttində KRİTİK GÖRÜŞ Lyayenin səfərinin PƏRDƏARXASI

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin bu gün Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində Ursula fon der Lyayenin Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi bildirilir. Lakin səfərin gündəliyi və keçiriləcək görüşlərlə bağlı rəsmi təfərrüatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, Ursula fon der Lyayenin Azərbaycana səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, iqtisadiyyat və regional əməkdaşlıq məsələlərinin gündəmdə olduğu bir dövrə təsadüf edir.
Görəsən, Lyayenin səfəri nəyə hesablanıb? Bakıda hansı məsələlər müzakirə oluna bilər
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm rolu hər kəsə bəllidir:
“Təsadüfi deyil ki, son aylarda Avropanın bəzi ölkələrində enerji daşıyıcıları ilə bağlı böhran yaşanır. Hesab edirəm ki, xanım Lyayenin Bakıda aparacağı müzakirələr əsasən bu yöndə olacaq. Yəni Avropa ölkələri Azərbaycandan daha çox neft-qaz almaq istəyir.
Həmçinin Azərbaycan aparıcı tranzit ölkədir. Orta Asiya ölkələrindən enerji daşıyıcılarının Avropaya çatdırılmasında Azərbaycan ən əlverişli körpüdür. Yəqin ki, bu məsələ də müzakirə predmeti olacaq. Bundan başqa, Avropa dövlətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır. İnvestisiyanın əsas yönü isə Azərbaycanın tranzit imkanlarının genişləndirilməsidir”.
Maraqlıdır ki, Ursula fon der Lyayen Bakıdan sonra İrəvana gedəcək. Nəzərə alaq ki, 7 iyun seçkilərindən sonra Lyayen Ermənistana səfər edən ilk Avropa rəsmisidir.
Müsahibimiz bildirib ki, İrəvan görüşlərinin mövzusu əslində dəyişməz qalır:
“Ermənistan həmişəki kimi çalışacaq ki, Avropa İttifaqından daha çox şey qoparsın. Bu məsələdə Rusiya da maraqlıdır. Doğrudur, ümumi fikir belədir ki, Rusiya Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsini istəmir. Əslində isə mənzərə tam fərqlidir. Paşinyan ikili oynayır. Həm Aİ, həm də Rusiya ilə münasibətləri qoruyub saxlamaq istəyir.
Rusiya bu məsələdə üzdə Paşinyanın siyasətini tənqid eləsə də, reallıqda bu əlaqələri dəstəkləyir. Çünki Ermənistan iqtisadi və maliyyə cəhətdən tamamilə Rusiyadan asılıdıdır. İndiki şəraitdə isə bu asılılıq Rusiyaya əlavə yükdür. Moskva istəyir ki, Ermənistanın maliyyə və iqtisadi problemlərinin bir hissəsini Aİ-nin üzərinə düşsün. Ona görə də Ermənistan-Qərb münasibətləri qətiyyən Rusiyanı narahat etmir.
Fikir verin, Paşinyan 8 ildir ki, anti-Rusiya bəyənatları verir. Eyni zamanda, Rusiya Paşinyanın siyasətini pisləyir. Reallıqda isə heç nə dəyişmir. Rusiyanın hərbi bazaları Ermənistanda qalır. Ermənistan isə həm KTMT, həm də Aİİ-də qalmaqda davam edir”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 İyul 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri