“Bakı Bus” avtobusu qarda sürüşərək yolun kənarına düşdü
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün saat 10:18 radələrində Bakı Bus MMC-nin balansındakı 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürüşərək yolun kənarına düşüb.
Axar.az şirkətə istinadən xəbər verir ki, hadisə intensiv yağan qar səbəbindən nəqliyyat vasitəsi dayanacaqda hərəkətə başlayarkən baş verib.
Sürücünün verdiyi ilkin məlumata əsasən, avtobusda heç bir zədə yoxdur. Sərnişinlər həmin xətt üzrə hərəkət edən digər avtobusda səfərlərini davam etdirib.
Monitorinq Mərkəzinə hadisə barədə məlumat daxil olduqdan sonra, nəqliyyat vasitəsi yolun kənarından çıxarılıb.
Artıq onun fəaliyyəti bərpa edilib.
Bu mövzuda digər xəbərlər:Bakı Bus avtobusu ilə toqquşan maşın aşdı Video
19 May 2025 10:08
“Bakı Bus” avtobusu yük maşınına çırpıldı Video KONKRET
10 Mart 2025 11:32
Teo Ceyms Bakı Bus”da görüntüləndi Video
16 Noyabr 2024 12:52
Bakıda iki Bakı Bus un yarışı Video
10 Sentyabr 2025 17:17
Gəncədə neçə avtobus “Bakı Bus”a verilib?
29 Sentyabr 2025 14:41
Baxış sayı:71
Bu xəbər 27 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















