Bakı Ələt Qazax Gürcüstan yolunun Yevlax hissəsində görülən işlərlə bağlı media tur təşkil olunub FOTO
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə bağlı media-tur təşkil olunub.
APA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Mahir Babayev media-tur iştirakçılarına görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, burada piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir: "Piyada keçidinin bir hissəsinin dəmir-beton işləri yekunlaşmaq üzrədir. Yanaşma yolları ilə bağlı işlərin 90 faizi yerinə yetirilib, son tamamlama işləri aparılır".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















