Icma.az
close
up
RU
“Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

“Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi.

Prezident İlham Əliyevin himayəsi altında keçirilən forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin və biznes dairələrinin nümayəndələri iştirak etdilər. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusu ətrafında aparılan müzakirələrdə qlobal iqtisadi dəyişikliklər, regional bağlantılar, enerji, rəqəmsal iqtisadiyyat və yeni investisiya imkanları əsas müzakirə mövzuları oldu.

Forumun konkret nəticələri isə Azərbaycanın investisiya gündəliyində növbəti mərhələnin miqyasını göstərdi. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalandı. Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır. Bu rəqəmlər forumun konkret biznes əlaqələrinin və layihələrin formalaşdırıldığı məkan olduğunu göstərir. Eyni zamanda imzalanan sənədlərin sahə müxtəlifliyi Azərbaycanın investisiya siyasətində şaxələndirmənin daha da gücləndiyini nümayiş etdirir.
Prezident İlham Əliyev də forumdakı çıxışında bildirdi ki, son 20 ildə Azərbaycana 350 milyard dollardan çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Dövlət başçısı növbəti mərhələdə əsas məqsədlərdən birinin neft-qaz sektorundan kənar potensialdan istifadə etməklə uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq olduğunu qeyd etdi. Forumda da Azərbaycanın gələcək investisiya xəritəsinin əsas istiqamətləri bəyan olundu.  Belə ki, əsas istiqamətlərdən biri bərpaolunan enerjidir. Diqqətə çatdırıldı ki, Azərbaycanın Xəzər dənizindəki sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Qarşıdakı beş il ərzində ölkənin bütün ərazilərində bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və qazın daha çox ixrac üçün yönəldilməsi hədəflənir. Bu baxımdan yaşıl enerji həm də yeni investisiya modelinin əsas elementlərindən birinə çevrilir. Burada söhbət həm də ötürücü xətlərin, enerjisaxlama sistemlərinin və beynəlxalq enerji bağlantılarının da böyük investisiya potensialından gedir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi, eləcə də Qara dəniz kabeli kimi layihələr bu istiqamətdə regional əməkdaşlığın genişləndiyini göstərir. 
Digər mühüm istiqamət rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzləridir. Prezident İlham Əliyev əlavə elektrik enerjisi potensialının süni intellekt üzrə data mərkəzlərinin inkişafı üçün istifadə olunmasının mümkünlüyünü qeyd etdi. Bu, enerji ilə rəqəmsal iqtisadiyyatın kəsişməsində yeni investisiya modelinin formalaşması deməkdir. Azərbaycanın coğrafi mövqeyi, enerji imkanları və rəqəmsal infrastrukturunun inkişaf etdirilməsi ölkəni bu sahədə regional mərkəzlərdən birinə çevirməkdədir. 
Burada ən mühüm məsələlərdən biri isə insan kapitalıdır. Prezident xüsusilə vurğuladı ki, peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan rəqəmsal inkişaf məqsədlərinə nail olmaq mümkün deyil. Forumun ayrıca “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiyasının keçirilməsi də bu istiqamətin investisiya gündəliyində artan əhəmiyyətini göstərdi. 
Forumda qlobal bağlantının ön plana çıxarılması təsadüfi deyil. Çünki  Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişməsində yerləşir. Prezident İlham Əliyev də çıxışında bildirdi ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2026-cı ildə 16 milyon tona çatacaq. Hədəf isə 2030-cu ilədək hər iki əsas istiqamətdə daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Dəhlizlərin inkişafı logistika mərkəzləri, gömrük və rəqəmsal idarəetmə, liman infrastrukturu, dəmir yolları, enerji və kommunikasiya layihələri üçün yeni investisiya imkanları yaradır.
Azərbaycanın yanaşması isə regional dəyər zəncirlərində daha böyük rolun əldə edilməsidir. Bunun üçün nəqliyyat infrastrukturu ilə yanaşı, rəqəmsallaşma və gömrük prosedurlarının sürətləndirilməsi də prioritetlər sırasındadır. 
Mövcud reallıqlar göstərir ki, neft-qaz sektorundan əldə olunan gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi, yeni istehsal və ixrac imkanlarının yaradılması və iqtisadiyyatın daha çox sahəyə söykənməsi strategiyası davam etdirilir. Azərbaycanın növbəti inkişaf mərhələsində əsas hədəfi kapitalın cəlb olunması ilə yanaşı, texnologiya, innovasiya, təcrübə, insan kapitalı və yeni bazarlara çıxış imkanlarının ölkə iqtisadiyyatına gətirilməsidir. Bu baxımdan Bakıdakı forumu tərəfdaşlıqlar üçün yeni imkanlar açır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri