Icma.az
close
up
RU
Bakı ilə Baltik ölkələri arasında yeni dövr ŞƏRH

Bakı ilə Baltik ölkələri arasında yeni dövr ŞƏRH

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baltikyanı ölkələrin Azərbaycana marağının artması son illərdə həm siyasi, həm də iqtisadi müstəvidə daha aydın şəkildə müşahidə olunur. Latviya, Litva və Estoniya ilə münasibətlərdə ticarət, nəqliyyat və enerji sahələri xüsusi önəm daşıyır. Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişlənməsi bu əlaqələrin daha da intensivləşməsinə şərait yaradır.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Demokrat.az-a bildirib ki, Baltikyanı ölkələrin Azərbaycana marağının artması son illərdə daha aydın şəkildə müşahidə olunan xarici siyasət tendensiyalarından biridir və bu proses bir neçə strateji amillə izah olunur:
"Əsas səbəblərdən biri Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol və Avropa bazarına enerji ixracında etibarlı tərəfdaş kimi qəbul edilməsidir. Xüsusilə son dövrlərdə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə enerji sahəsində əməkdaşlığının genişlənməsi bu ölkənin qlobal enerji xəritəsində mövqeyini daha da gücləndirib. Baltikyanı ölkələr üçün Azərbaycanla əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır. Regionlararası nəqliyyat və logistika layihələri, xüsusilə Orta Dəhliz üzərindən Avropa ilə Asiyanı birləşdirən ticarət marşrutları bu marağı daha da artırır. Bu ölkələr üçün Azərbaycan həm alternativ ticarət yollarına çıxış, həm də regionlararası iqtisadi inteqrasiyada mühüm keçid nöqtəsi kimi çıxış edir".
Onun sözlərinə görə, digər mühüm amil isə Azərbaycanın geosiyasi mövqeyidir:
"Ölkənin Avropa ilə Asiya arasında yerləşməsi, eyni zamanda Türk dünyası və İslam ölkələri ilə geniş siyasi və mədəni əlaqələri onun beynəlxalq münasibətlər sistemində əhəmiyyətini artırır. Bu çoxşaxəli əlaqələr Baltik ölkələri üçün Azərbaycanla əməkdaşlığı daha maraqlı və perspektivli edir. Bundan əlavə, siyasi dialoq və diplomatik münasibətlərin intensivləşməsi də bu prosesə təsir göstərir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və iqtisadi forumlar əməkdaşlığın praktiki müstəviyə keçməsinə şərait yaradır. Xüsusilə enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində yeni imkanlar formalaşır. Nəticə etibarilə, Baltikyanı ölkələrin Azərbaycana marağının artması təsadüfi deyil, əksinə qlobal və regional proseslərin məntiqi nəticəsi kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi, logistika marşrutlarının diversifikasiyası və siyasi-iqtisadi əməkdaşlığın genişlənməsi bu marağın əsas hərəkətverici qüvvələridir", - deyə politoloq qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri