Icma.az
close
up
RU
Bakı ilə buna nail olduq: Rusiya üzdə tərifləyir, amma...

Bakı ilə buna nail olduq: Rusiya üzdə tərifləyir, amma...

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Polşanın “TVP Vörld” (TVP World) telekanalına müsahibə verib və əsasən İrəvan-Bakı münasibətlərinə toxunub.

Hurriyyet.az müsahibəni təqdim edir:

- Avqustda Ermənistan və Azərbaycan Vaşinqtonda Bəyannamə imzaladı. O vaxtdan bəri nələr baş verdi?

- Doğrudan da avqustun 8-də Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti ABŞ Prezidentinin şahidliyi ilə Bəyannamə imzalayıb. Bu Bəyannamədə liderlər bir sıra mühüm məsələlər üzrə razılığa gəlib. İlk növbədə, həmkarım Bayramovla mən sülh müqaviləsini parafladıq – bu, özlüyündə mühüm mərhələdir. Bəyannamədə həmçinin nəqliyyatın açılması məsələsinin həlli üçün əsas fundamental prinsiplər müəyyən edilir: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin suverenliyi, nəqliyyat dəhlizləri və infrastruktur üzərində milli yurisdiksiyanın tanınması.

- Bu elə TRİPP-dir (Trampın yolu/Zəngəzur dəhlizi - red.)?

- Fikir daha genişdir. Ermənistan və Azərbaycan nəqliyyat kommunikasiyalarını qarşılıqlı şəkildə blokdan çıxarmaq barədə razılığa gəlib. Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan isə Ermənistanın dəmir yolu sisteminə çıxış əldə edir. Söhbət həm yollardan, həm də başqa infrastrukturdan gedir. Bu sistemin bir hissəsi - Azərbaycan və Naxçıvan arasında ən qısa əlaqə TRIPP kimi fəaliyyət göstərəcək. Bu nə deməkdir? Ermənistan və ABŞ dəmir yolu marşrutunun inşaatçısı və əsas operatoru olacaq konsorsium yaradacaq. Konsorsium üçüncü tərəf şirkətləri cəlb edə və boru kəmərlərinin, elektrik kabellərinin və s. tikintisi və istismarı ilə məşğul ola biləcək. Hər şey qarşılıqlılığa əsaslanacaq: məsələn, biz Naxçıvan ərazisindən istifadə edərək Ermənistanın şimalını və cənubunu indi mövcud olmayan dəmir yolu ilə birləşdirə biləcəyik.

- Xüsusilə Türkiyə ilə sərhədin açılması və dəmir yolunun işə salınması üçün müəyyən vaxt qrafiki varmı? ABŞ layihələrə artıq 145 milyon dollar ayırıb. Nə vaxt nəticə gözləmək olar?

- Prinsipləri razılaşdırdıq, indi amerikalı həmkarlarımızla texniki parametrləri müəyyən etməliyik. Artıq danışıqlara başlanılıb. Düşünürəm ki, biz bu mərhələni yaxın aylarda başa vuracağıq, sonra tikintiyə başlanılacaq. Mütəxəssislər dəmir yolu layihəsinin ən azı iki il çəkəcəyini deyirlər. Amma biz blokun tezliklə qaldırılmasında maraqlıyıq: Ermənistan əsas benefisiarlardan biri olacaq. Sülh müqaviləsinə gəlincə, onun mətni nəhayət, mart ayında razılaşdırılıb və indi paraflanıb. Azərbaycan bizim razılaşmadığımız əlavə şərtlər irəli sürsə də, biz mümkün qədər tez imzalamağa hazırıq. Ancaq yekun imza olmadan da proseslər davam edir: məsələn, beynəlxalq təşkilatlarda birgə addımlar. Artıq Minsk prosesinin bağlanması xahişi ilə ATƏT strukturlarına birgə müraciət etmişik. Sərhədin delimitasiyası da aparılır: 12 km artıq demarkasiya olunub. Ermənistanla sərhəd kəndlərində insanlar özlərini daha təhlükəsiz hiss edir, yeni məktəblər tikilir, həyat yaxşılaşır.

- Hansı çətinliklər qalır?Əsas onilliklərdir davam edən münaqişənin psixoloji yüküdür. Qan yaddaşı var. Barışıq vaxt aparacaq və gündəlik səy tələb edəcək. İstənilən tərəfdən aqressiv ritorika kömək etmir.

- Rusiya indi hansı rol oynayır? Biz Qafqazda onun təsirinin azaldığını görürük.

- Rəsmi olaraq Rusiya rəsmiləri Vaşinqton Bəyannaməsini alqışladı və nəqliyyat əlaqələri layihəsini dəstəkləməyə hazır olduğunu bildirdi. Amma bununla yanaşı, biz hər gün Rusiya mətbuatında, parlamentdə, ekspertlər və siyasətçilər tərəfindən Ermənistanın xarici siyasətinin sərt tənqidini görürük.

- Niyə? Ermənistanın Qərblə əlaqələri gücləndirməsi pisdirmi?

- Bu sualı rusiyalılara ünvanlamaq daha yaxşı olardı. Bununla belə, səbəblərin təfərrüatına varmadan, onlar sadə və ya olduqca mürəkkəb ola bilər. Hər halda, əminəm ki, həm rusiyalı həmkarlarımız, həm də istənilən başqa dövlət və ya beynəlxalq aktor erməni xalqının iradəsinə hörmətlə yanaşmalıdır. Ermənistanda müntəzəm olaraq demokratik seçki keçirilir... və 2026-cı ildə yenidən parlament seçkisi keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri