Icma.az
close
up
RU
“Bakı ilə İrəvan arasındakı münasibətlərdə ciddi irəliləyiş var” HƏRBİ EKSPERT

“Bakı ilə İrəvan arasındakı münasibətlərdə ciddi irəliləyiş var” HƏRBİ EKSPERT

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

O, vurğulayıb ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.

Mövzu ilə Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, son proseslər Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində ciddi addımların atıldığını göstərir:

“Azərbaycan Prezidentinin Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən keçidinə icazə verməsi və buna görə Paşinyanın təşəkkürünü ifadə etməsi, həmçinin Azərbaycan yüklərinin Türkiyə vasitəsilə geri istiqamətdə daşınması barədə bəyanatlar müsbət hal kimi qiymətləndirilə bilər.

Digər vacib məsələ ondan ibarətdir ki, Ermənistanın hərbi rəhbərliyi Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqı müşahidə missiyasının rəhbərliyi ilə görüşüb. Bu, sərhəd istiqamətində Avropa İttifaqı missiyasının fəaliyyətinin yaxın gələcəkdə başa çatacağına işarədir.

Bununla yanaşı, Azərbaycanın sərnişin təyyarəsi dünən İrəvan paytaxtına saat 16:00 radələrində enib. Vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistanın məşhur otellərindən biri olan Hilton oteldə dünən və bu gün müzakirələr aparması da diqqət çəkir”.

Ədalət Verdiyev bildirib ki, baş verən proseslər regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq.

“Azərbaycanın atdığı addımlar yalnız Qarabağ məsələsini həll etməyib, eyni zamanda Ermənistanın Rusiya təsirindən azad olunması üçün münbit şərait yaradıb. Hadisələrin bu cür inkişafı, həmçinin Paşinyanın növbəti parlament seçkilərində daha geniş təmsil olunması və daha çox səs toplaması üçün imkan yaradır”-deyə ekspert əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri